"Donuz qripi"ndən necə qorunmaq olar?

12.02.2019 12:08
172
"Donuz qripi"ndən necə qorunmaq olar?

Bütün dünyada donuz qripinin yayıldığı bir dönəmdə insanları bu qripdən qorunmağın yolları düşündürür. Əsasən də körpə və uşaqlar soyuqlayan kimi analar təşviş içində olur: Bu donuz qripidirmi?


Ekspress.az -ın məlumatına görə, donuz qripi (H1N1) – virusun xüsusi formasıdır. Bu qripin daimi mutasiyalarına görə həkimlər onunla uğurlu mübarizə apara bilmir.


Ağırlaşması


Donuz qripu mövsümü qriplərdən fərqli olaraq daha tez-tez pnevmaniya şəklində ağırlaşmalar verir. Daha çox ölüm hallarına səbəb olur.


Donuz qripinə insan necə yoluxur?


Qrip (H1N1) hava – damcı yolu ilə keçir. Yoluxmuş adam asqırdıqda infeksiya 2-3 metrə qədər yayılır. İnsanlar viruslu havanı udduqda qripə yoluxur.


Qrip virusun düşdüyü bütün səthlərə, yoluxmuşun əlinə əl vurduqda keçir.

Adi qripi donuz qripindən necə ayırmaq olar?


Donuz qripinin əsas əlamətləri adi qripin əlamətləri ilə oxşardır və qəfil yaranır.


  • Yüksək qızdırma
  • Öskürək
  • Tənginəfəslik, çətinliklə nəfəs almaq
  • Baş ağrısı
  • Yorğunluq və əzginlik
  • Boğazda ağrı
  • Əzələlərdə ağrı
  • Titrətmə
  • Burundan seliyin ifrazı
  • İştahsızlıq


Bununla üzləşən bir çox həkimlər deyir ki, qrip xəstəliyi zamanı insanda tənginəfəslik, nəfəs almaqda çətinlik yaranırsa, dodaqlar göyərirsə, ürək bulanır və qusma, qıcolmalar, yüksək qızdırma müşahidə olunursa, mütləq yubatmadan həkimə müraciət etsinlər. Eləcə də, qızdırma dərman içdikdə belə, keçmirsə, 4-5 gün yüksək olaraq qalırsa, donuz qripindən şübhələnmək olar.


Donuz qripindən qorunmaq üçün: 


  • Çirki əllərlə üzünüzə toxunmayın;
  • Tez-tez əllərinizi sabunla yuyun və spirtlə silin;
  • Donuz qripinin əlamətlərinin olduğuna şübhə etdiyiniz insanlardan uzaq durun;
  • İnsanların sıx toplaşdığı yerlərdə bacardıqca az olun;
  • Otağın havasını tez-tez dəyişdirin;
  • Evdə və iş yerində təmizliyə riayət edin;
  • Qripin ilk əlamətlərini hiss etdikdə xəstəliyi ayaqüstü keçirməyə çalışmayın.


Həkimə gedənə qədər...


İstirahət edib çoxlu maye için. Öskürdükdə və asqırdıqda ağzınızı və burnunuzu dəsmalla tutun. Tez-tez əllərinizi sabunla yuyun və spirtlə silin.

        

Xəstəlik düzgün müalicə nəticəsində bir həftədən sonra keçir. İstənilən qripdə olduğu kimi donuz qripində də dincəlmək sağalmaq üçün vacib amildir. Adətən donuz qripindən ölüm halları bu xəstəliyi ciddiyə almayanlar, həkimi çağırmayanlar, vaxtında müalicə etməyənlər, dincəlməyənlərlə baş verir.


Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND