Dünya Bankına Tramp rəhbərlik edə bilər

12.01.2019 12:43
193
Dünya Bankına Tramp rəhbərlik edə bilər


ABŞ prezidenti Donald Trampın qızı Dünya Bankının sədrliyinə namizədlərdən biridir.

 

Ekspress.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi onun namizədliyi ilə olması bağlı müzakirələr aparır.

 

XX əsrdə yaranmış ənənəyə əsasən, Dünya Bankına amerikalı rəhbər təyin olunur, Beynəlxalq Valyuta Fondu isə avropalı maliyyəçiyə tapşırılır.

 

Dünya Bankına rəhbərlik etmək istəyənlər arasında Donald Trampın qızı İvanka Tramp, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Mark Qrin, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli də var.


Dünya Bankının sonuncu rəhbəri Cim Yön Kim yanvarın 7-də öz postunu vaxtından əvvəl tərk edib.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND