Gürcüstan prezidenti aksiyaya görə Rusiyanı günahlandırdı


21.06.2019 11:05
261
Gürcüstan prezidenti aksiyaya görə Rusiyanı günahlandırdı

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə baş verən etiraz aksiyalarında Rusiyanı günahlandırıb. 


Ekspress.az xəbər verir ki, bu barədə o, "facebook" səhifəsində yazıb. O bildirib ki, Rusiya Gürcüstan daxilində qarşıdurmanın baş verməsində maraqlıdır.


Həmçinin Belarus mətbuatı S Zurabaşvilinin bu ölkəyə rəsmi səfərini yarımçıq qoyaraq Gürcüstana qayıtdığını yazır (apa).


Xatırladaq ki, ötən gün Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyasında Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub.


Ekspress.az


Açar sözlər: