Mahir Mədətov dediyini etdi - YENİ SOYADI ilə yanaşı bunu da ...

10.05.2019 16:59
1328
Mahir Mədətov dediyini etdi - YENİ SOYADI ilə yanaşı bunu da ...

"Qarabağ”ın və milli komandanın futbolçusu Mahir Mədətov yeni şəxsiyyət vəsiqəsi alıb.


Ekspress.az xəbər verir ki, futbolçu Mədətov soyadı ilə yanaşı, atası Anarın da adından imtina edib. Onun soyadı "Əmrəli", ata adı isə "Mahir" olaraq qeyd olunub.


Qeyd edək ki, Mahirin bu addımına səbəb son günlər ailəsində yaşanan problemlərlə bağlıdır (axşam.az). Belə ki, futbolçunun atası, prodüser Anar Mədətov anasından boşanmamış, başqa xanımla ailə həyatı qurmağa hazırlaşır.


Ekspress.az