• 12 °C Bakı
  • 8 °C Quba
  • 10 °C Gəncə
  • 10 °C Yevlax
  • 4 °C Naxçıvan

“Unibank” “Bahar lotereyası” keçirəcək 

11.04.2019 16:55
68
“Unibank” “Bahar lotereyası” keçirəcək 

“Unibank” aprelin 23-də “Bahar lotereyası” keçirəcək. 


Martın 14-dən mayın 31-dək “Unibank”ın debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən və eləcə də bu müddətdə bankdan Albalı Plus kredit kartı alan müştərilərin 1 həftəlik, iki nəfərlik səyahət paketi, iPhone X mobil telefonu və 50 AZN-dən 1000 AZN-dək müxtəlif pul uduşları qazanmaq şansları var. “Unibank”ın “Bahar lotereyası” nağdsız əməliyyatların artırılmasını stimullaşdırmaq məqsədi daşıyır.


Lotereyanın şərtləri belədir:


-Lotereya 14.03.2019 - 31.05.2019 tarixlərini əhatə edəcək və 2 tirajdan ibarət olacaq (1-ci tiraj 23.04.2019 il tarixində, 2-ci tiraj 10.06.2019 tarixində keçiriləcək);


- Ümumilikdə 100 iştirakçı qalib elan ediləcək;


- Lotereyada “Unibank”dan yeni Albalı Plus kredit kartı əldə edən, eləcə də Unibank debet, kredit, əmək haqqı kartları ilə lotereya şərtlərinə uyğun nağdsız ödənişlər edən müştərilər iştirak edəcək;


-Lotereya keçirildiyi müddətdə rəsmiləşdirilən Albalı Plus kredit kartı 10 iştirak şansı, şərtlərdə göstərilən nağdsız edilən əməliyyatların cəminin hər tam 10 AZN məbləği isə 1 iştirak şansı qazandıracaq;


Lotereyanın uduş fondu: ümumilikdə 10 000 AZN pul mukafatı, iPhone X mobil telefonu və səyahət paketini əhatə edir. Qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsi ilə seçiləcəklər.


Lotereya qalibləri aşağıdakı mükafatları əldə edəcəklər:


-1 nəfər qalib - Yunanıstanın Santorini adasındakı 5 ulduzlu oteldə, 6 gecə/7 gun, 2 nəfərlik səyahət paketi,


-1 nəfər qalib - iPhone X mobil telefonu, 


-2 nəfər qalib - 1 000 AZN,


-2 nəfər qalib - 500 AZN,


-46 nəfər qalib - 100 AZN,


-48 nəfər qalib - 50 AZN.  


Ekspress.az

  • SON XƏBƏR
  • TREND