Ordumuz cəbhədə döyüş atışları icra etdi - VİDEO

07.10.2019 15:10
100
Ordumuz cəbhədə döyüş atışları icra etdi - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.


 Ekspress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən xidmətindən məlumat verilib.

Eyni zamanda səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış təşkil olunub.


Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.


(axar)


Ekspress.az


Açar sözlər: