Prezident Zahid Oruca vəzifə verdi

11.02.2019 21:08
160
Prezident Zahid Oruca vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Z.M.Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında" Sərəncam imzalayıb.

 

Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

 

08 Fevral 2019-cu il tarixində yaradılan Sosial Tədqiqatlar Mərkəzi - ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

 

Mərkəzə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND