ANS Vahid Mustafayevlə bağlı xəbərə cavab verdi

17.07.2019 21:22
90
ANS Vahid Mustafayevlə bağlı xəbərə cavab verdi

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bəzi saytlarda ANS-in prezidenti Vahid Mustafayevin avtomobilinin guya qayda pozması barədə yazılan xəbərlərə rəy bildirib. 


Ekspress.az xəbər verir ki, Mais Məmmədovun verdiyi məlumata görə, həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə “Gelandevagen”i gətirən Vahid Mustafayev olub.


M.Məmmədovun dediyinə görə, Vahid Mustafayev çoxdan avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir: "İkincisi, qarajımızdan aldığımız məlumata görə, adıçəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub".


ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri bildirib ki, yayılan məlumatlarda guya avtomobilin üç balla cərimələndiyi də yazılıb: "Həmin avtomobilin heç bir cəriməsi yoxdur". (unikal.org)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND