"Meqafon" Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib

15.07.2019 20:37
138
"Meqafon" Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib

Rusiyanın "Meqafon" şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.


Ekspress.az xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.


“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - o qeyd edib.


Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nda xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar "Meqafon"un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar (report).


Ekspress.az