Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb


05.02.2019 23:00
175
Azərbaycan parataekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Türkiyənin Antalya şəhərində parataekvondo üzrə dünya çempionatına start verilib.

Ekspress.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 11 təmsilçisindən 3-ü dayanq üzərinə çıxıb.

49 kq çəki dərəcəsində yer alan Röyalə Fətəliyeva (K 44) yarımfinalda məğlub olsa da, aktivinə bürünc medal yazdırıb.

75 kq-dan yuxarı çəkidəki Vüsal İsmayılov (K 44) 1/4 finalda əlindən aldığı zədə üzündən döyüşü davam etdirə bilməyib (report). Eyni kateqoriya və çəkidə yarışan Vüqar Adışirinov da komanda yoldaşı kimi yarımfinalın bir addımlığında məğlub olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND