Mətanət Əsədova qəza xəbərindən DANIŞDI: "Qırx mərasimindəyəm"


04.09.2019 14:21
50
Mətanət Əsədova qəza xəbərindən DANIŞDI: "Qırx mərasimindəyəm"

Xəbər verdiyimiz kimi “28 may” metrostansiyası yaxınlığında müğənni Mətanət Əsədova yol-nəqliyyat hadisəsi törədib. Müğənni idarə etdiyi 10 MB 777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobili yol kənarındakı bardürə vurub.


Məsələ ilə bağlı açıqlama verən Mətanət Əsədova çəkilən fotolara baxmayaraq qəzaya düşməsini təkzib edib:


"Mən indi qırx mərasimindəyəm. Nə yazırlar yazsınlar. Yalan məlumatdır. O xəbəri yazanın özü o günə düşsün." (big)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND