Türkiyədə səsvermə vaxtı toy etmək QADAĞAN olundu

09.01.2019 18:32
258
Türkiyədə səsvermə vaxtı toy etmək QADAĞAN olundu

Türkiyədə martın 31-i - bələdiyyə seçkiləri günü yerli vaxtla saat 18:00-dək toy mərasimlərinin keçirilməsi qadağan edilib.


Ekspress.az "trend.az"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Komissiyası məlumat verib.


Həmçinin səsvermə günü saat 21:00-a qədər spirtli içkilərin satışı dayandırılacaq.

Bundan başqa, televiziya və radiolarda seçki günü nəticələr haqqında hər hansı proqnozlar səsləndirməyə icazə verilmir.


Qeyd edək ki, bələdiyyə seçkiləri günü siyasi partiyalara da bir sıra qadağalar tətbiq olunacaq.

Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri 5 ildən bir keçirilir.

  • SON XƏBƏR
  • TREND