İs­veç­rə­də "Qa­ra­bağ" mək­tə­bi

10.10.2018 19:37
112
İs­veç­rə­də "Qa­ra­bağ" mək­tə­bi

Dün­ya­nın dörd bir tə­rə­fin­də ya­şa­yan azər­bay­can­lı­la­rın ürə­yi hə­mi­şə Azər­bay­can­la bir dö­yü­nür. Ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, hər bir soy­da­şı­mız azər­bay­can­lı ol­ma­ğı ilə fəxr et­mə­li, Azər­bay­can­la qü­rur duy­ma­lı­dır. Bu iş­də di­as­por təş­ki­lat­la­rı­nın da üzə­ri­nə bö­yük mə­su­liy­yət dü­şür.


Azər­bay­can Pre­zi­den­ti­nin sə­rən­ca­mı ilə Fu­ad Mu­ra­dov Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri tə­yin olu­nan­dan son­ra di­as­por təş­ki­lat­la­rı­nın işin­də bir can­lan­ma mü­şa­hi­də olu­nur. Mu­ra­dov Ko­mi­tə səd­ri ki­mi sə­fər et­di­yi öl­kə­lər­də di­as­por qu­rum­la­rı­nın təm­sil­çi­lə­ri, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mız­la gö­rü­şür, on­la­rın prob­lem­lə­ri ilə ma­raq­la­nır, azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı is­ti­qa­mə­tin­də iş­lər gö­rür.


Di­as­por qu­rum­la­rı­mı­zın fə­al­lıq gös­tər­di­yi öl­kə­lər­dən bi­ri də İs­veç­rə­dir. Ümu­miy­yət­lə, İs­veç­rə­də­ki Azər­bay­can di­as­po­ru çox nü­mu­nə­vi di­as­por­lar­dan he­sab olu­nur.


İs­veç­rə­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rın­dan bi­ri də Azər­bay­can­lı­la­rın İs­veç­rə­də­ki Mə­də­niy­yət Mər­kə­zi­dir. Qu­ru­mun pre­zi­den­ti Qa­sım Nə­si­ro­vun mü­əl­li­fi ol­du­ğu "Dün­ya mə­də­niy­yə­ti" ad­lı la­yi­hə bir ne­çə il­dir fəa­liy­yət­də­dir. Bu la­yi­hə­də Azər­bay­can mə­də­niy­yə­ti ba­rə­sin­də re­fe­rat və Azər­bay­can rəqs kurs­la­rı is­veç­rə­li mək­təb­li­lə­rə təq­dim edi­lir. Bu gü­nə qə­dər hər il la­yi­hə 500-dən ar­tıq mək­təb­li­yə təq­dim olu­nub. Bu il hə­rə­sin­də təx­mi­nən 100 mək­təb­li ol­maq­la üç mək­təb­də Azər­bay­can mə­də­niy­yə­ti və rəqs­lə­ri təq­dim olu­nub ki, bu da on­la­ra Azər­bay­can mə­də­niy­yə­ti­ni da­ha yax­şı öy­rən­mə­yə kö­mək edir.


İs­veç­rə­də bö­yük əks-sə­da ya­ra­dan la­yi­hə yüz­lər­lə gənc is­veç­rə­li­yə Azər­bay­can mə­də­niy­yə­ti­ni və ta­ri­xi ir­si­mi­zi ta­nı­dır.


Mək­təb­lə­rin bö­yük ma­raq gös­tər­di­yi la­yi­hə­nin İs­veç­rə döv­lət qu­rum­la­rı tə­rə­fin­dən ma­liy­yə­ləş­di­ril­mə­si təd­ris mü­əs­si­sə­lə­rin­də la­yi­hə­yə da­ha ge­niş yer ve­ril­mə­si­nə kö­mək edir. Ha­zır­da iki ye­ni mək­təb də la­yi­hə ilə bağ­lı mü­ra­ci­ət edib və gə­lən ilin əv­və­lin­də öz mək­təb­lə­rin­də onu təq­dim et­mə­yi nə­zər­də tu­tur­lar.


Rəqs dərs­lə­ri Bern şə­hə­rin­də açı­lan Azər­bay­can di­li və mə­də­niy­yə­ti mək­tə­bin­də Gül­na­rə Əli­ye­va tə­rə­fin­dən pe­şə­kar sə­viy­yə­də təq­dim edi­lir.


Ümu­miy­yət­lə, müa­sir dövr­də dün­ya azər­bay­can­lı­la­rın həm­rəy­li­yi­nin və mü­tə­şək­kil­li­yi­nin güc­lən­mə­si, ümum­mil­li ide­ya­lar ət­ra­fın­da bir­ləş­mə­si üçün da­ha ge­niş im­kan­lar ya­ra­nıb. Azər­bay­can döv­lə­ti nü­fuz­lu iq­ti­sa­di və si­ya­si gü­cə çev­ril­miş, bü­tün dün­ya­da ya­şa­yan soy­daş­la­rı­mız qar­şı­sın­da par­laq pers­pek­ti­vər açı­lıb. Azər­bay­ca­nın si­ya­si rəh­bər­li­yi dün­ya azər­bay­can­lı­la­rı­nın və­tə­ni­mi­zə və xal­qı­mı­za mən­sub­luq his­si­ni güc­lən­dir­mək, on­la­rın öl­kə­mi­zin so­si­al-iq­ti­sa­di, mil­li-mə­də­ni hə­ya­tın­da hər­tə­rəf­li iş­ti­ra­kı­nı tə­min et­mək üçün bü­tün zə­ru­ri təd­bir­lə­ri hə­ya­ta ke­çir­mək­də­dir.


Öl­kə baş­çı­sı­nın tap­şı­rıq­la­rı­na uy­ğun ola­raq, bu is­ti­qa­mət­də ar­dı­cıl iş­lər gö­rən, da­vam­lı təd­bir­lər re­al­laş­dı­ran Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin fəa­liy­yə­ti nə­ti­cə­sin­də, ar­tıq soy­daş­la­rı­mı­za ye­ni bir ruh gə­lib. San­ki hər kəs azər­bay­can­lı ol­du­ğu­nu bir da­ha ya­da sa­lır və özü­nə "mən və­tən üçün nə edə bi­lə­rəm" sua­lı­nı ve­rir. Məhz, soy­daş­la­rı­mı­zın azər­bay­can­çı­lıq ru­hun­da kök­lən­mə­si­nin nə­ti­cə­si­dir ki, ar­tıq dün­ya­da azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı ye­ni bir mər­hə­lə­yə ke­çib. Al­ma­ni­ya­da, Fran­sa­da, İs­veç­rə­də Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı bu­nun ba­riz nü­mu­nə­si­dir.


Ümu­miy­yət­lə, Ko­or­di­na­si­ya Şu­ra­sı nə­dir? Təş­ki­lat­dır­mı, bir­lik­dir­mi? Ko­or­di­na­si­ya Şu­ra­sı təş­ki­lat de­yil və təş­ki­lat ol­ma­dı­ğı üçün də heç bir struk­tu­ru da yox­dur. Sa­də­cə, bu, di­as­por təş­ki­lat­la­rı­nın, soy­daş­la­rı­mı­zın fi­kir və la­yi­hə­lə­ri­nin, çə­tin­lik­lə­ri­nin mü­za­ki­rə edi­lib, bir­gə qə­rar­la­rın qə­bu­lu­na xid­mət edən bir Şu­ra­dır. Şu­ra­da is­tər təş­ki­lat­lar, is­tər­sə də ay­rı­lıq­da fərd­lər təm­sil olu­na, mü­za­ki­rə­lər­də iş­ti­rak edə bi­lər. Bu şu­ra­lar­da kim­sə səs üs­tün­lü­yü­nə ma­lik de­yil. Bu isə o de­mək­dir ki, Şu­ra la­yi­hə və tək­lif­lə­rin mü­za­ki­rə pa­ne­li­dir, təş­ki­la­ti struk­tu­ru, mən­zil qə­rar­ga­hı yox­dur və mü­za­ki­rə­lər əv­vəl­cə­dən ra­zı­laş­dı­rıl­mış is­tə­ni­lən yer­də ke­çi­ri­lə bi­lər.   


Əs­lin­də, Ko­or­di­na­si­ya Şu­ra­sı qə­rar­la­rın bir­gə (kol­le­gi­al) qə­bu­lu­na im­kan ya­rat­maq­la, va­hid rəh­bər­lik­dən həm­sədr­li­yə yö­nəl­mə­yi tə­min et­mək­lə di­as­por hə­rə­ka­tın­da "mən"dən "bi­zə" ke­çi­də zə­min ya­ra­da­caq. Bu isə bir­li­yin, bir­gə fəa­liy­yə­tin zə­ru­ri şərt­lə­rin­dən bi­ri ki­mi gə­lə­cək­də da­ha cid­di uğur­la­ra im­za at­ma­ğa, da­ha tə­sir­li çı­xış­la­ra gə­ti­rib çı­xa­ra­caq.


Qeyd et­di­yi­miz ki­mi, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si soy­daş­la­rı­mız­la əla­qə­lə­ri güc­lən­di­rə­rək on­la­rı bir azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı al­tın­da bir­ləş­dir­mə­yə ça­lı­şır. Ko­mi­tə­nin nü­ma­yən­də he­yə­ti­nin müx­tə­lif öl­kə­lər­də ke­çir­di­yi gö­rüş­lər­də də bir­lik, soy­daş­la­rı­mı­zın bir­gə fəa­liy­yə­ti təb­liğ edi­lir və yal­nız bu hal­da qar­şı­ya qo­yul­muş hə­dəf­lə­rə çat­ma­ğın müm­kün­lü­yü izah edi­lir. Çox yax­şı hal­dır ki, bir­gə fəa­liy­yət fi­kir­lə­ri dəs­tək­lə­nir, di­as­por təş­ki­lat­la­rı, soy­daş­la­rı­mız bir­gə fəa­liy­yət­lə bağ­lı müx­tə­lif for­mat­lı ra­zı­lıq­la­ra gə­lir­lər. Bu­ra­da Ko­or­di­na­si­ya Şu­ra­la­rı bir nü­mu­nə ki­mi gös­tə­ri­lə bi­lər.

Son gün­lər ay­rı-ay­rı öl­kə­lər­də Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­la­rı­nın ya­ra­dıl­ma­sı gös­tə­rir ki, xa­ric­də­ki soy­daş­la­rı­mız da Və­tən üçün iş gör­mə­yə ha­zır­dır­lar.


Ye­ri gəl­miş­kən, ötən həf­tə Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov İs­veç­rə­də sə­fər­də olub. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Eks­press"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, sə­fər za­ma­nı onun bu öl­kə­də bir sı­ra gö­rüş­lə­ri ke­çi­ri­lib. Sə­fə­rin ilk gü­nü Döv­lət Ko­mi­tə­si­nin səd­ri öl­kə­mi­zin İs­veç­rə Kon­fe­de­ra­si­ya­sın­da­kı Sə­fir­li­yin­də olub, ümum­mil­li li­der Hey­dər Əli­ye­vin büs­tü önü­nə gül dəs­tə­lə­ri qo­yub. Son­ra o, xa­ri­ci öl­kə­lər­də ya­şa­yan is­veç­rə­li­lə­rin prob­lem­lə­ri­nin öy­rə­nil­mə­si və həl­li is­ti­qa­mə­tin­də fəa­liy­yət gös­tə­rən "Swiss Ab­ro­ad" təş­ki­la­tı­nın di­rek­to­ru Sa­ra Mas­tan­tu­ni və "So­lis­wiss" təş­ki­la­tı­nın ic­ra­çı di­rek­to­ru Ri­çard Fö­qe­li ilə gö­rü­şüb. Gö­rüş­də, Azər­bay­can Res­pub­li­ka­sı­nın İs­veç­rə Kon­fe­de­ra­si­ya­sı və Lix­tenş­teyn Knyaz­lı­ğın­da­kı sə­fi­ri Xa­nım İb­ra­hi­mo­va da iş­ti­rak edib.


Gö­rüş­lər­də Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin fəa­liy­yə­ti ba­rə­də mə­lu­mat ve­ri­lib, Azər­bay­can­da di­as­por si­ya­sə­ti­nin döv­lə­tin bö­yük önəm ver­di­yi prio­ri­tet sa­hə­lər­dən ol­du­ğu bil­di­ri­lib.

Söh­bət­lər za­ma­nı, həm­çi­nin bu təş­ki­lat­lar­la əmək­daş­lıq əla­qə­lə­ri­nin qu­rul­ma­sı və təc­rü­bə mü­ba­di­lə­si­nin apa­rıl­ma­sı im­kan­la­rı mü­za­ki­rə olu­nub.


İs­veç­rə­də Azər­bay­can­lı­la­rın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı və "Qa­ra­bağ" ad­lı Azər­bay­can mək­tə­bi­nin fəa­liy­yə­tə baş­la­ma­sı ilə əla­qə­dar da təd­bir ke­çi­ri­lib.

Azər­bay­ca­nın İs­veç­rə­də­ki sə­fir­li­yin­dən AZƏR­TAC-a bil­di­rib­lər ki, Bern şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı­mı­zın nü­ma­yən­də­lə­ri­nin ilk top­lan­tı­sın­da on­la­rın fəa­liy­yə­ti, ak­tu­al mə­sə­lə­lər və qar­şı­da du­ran və­zi­fə­lər ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Həm­çi­nin di­as­por fəa­liy­yə­ti­nin da­ha da sə­mə­rə­li ol­ma­sı məq­sə­di­lə müx­tə­lif tək­lif­lər səs­lən­di­ri­lib.


Öl­kə­mi­zin İs­veç­rə Kon­fe­de­ra­si­ya­sı və Lix­tenş­teyn Knyaz­lı­ğın­da­kı sə­fi­ri Xa­nım İb­ra­hi­mo­va təd­bir­də çı­xış edə­rək Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­tin­də­ki ca­ri du­ru­mu qiy­mət­lən­di­rib, qar­şı­da du­ran məq­səd­lə­rə na­il ol­maq üçün soy­daş­la­rı­mı­zın mü­tə­şək­kil fəa­liy­yət gös­tər­mə­lə­ri­nin zə­ru­ri­li­yi­nə diq­qət çə­kib və həm­və­tən­lə­ri­mi­zə gə­lə­cək fəa­liy­yət­lə­ri ilə bağ­lı töv­si­yə­lə­ri­ni ve­rib.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, di­as­po­ru­mu­zun in­ki­şaf is­ti­qa­mət­lə­ri, di­as­por ilə əmək­daş­lı­ğın ye­ni key­fiy­yət müs­tə­vi­si­nə da­şın­ma­sı yo­lun­da atı­lan ad­dım­lar ba­rə­də da­nı­şıb. Qeyd edi­lib ki, Döv­lət Ko­mi­tə­si­nin əsas məq­səd­lə­rin­dən bi­ri di­as­por təş­ki­lat­la­rı ara­sın­da əla­qə­lən­dir­mə işi­ni təş­kil et­mək­dir. O, di­as­por fəa­liy­yə­ti­nin da­im öl­kə rəh­bər­li­yi­nin diq­qə­tin­də ol­du­ğu­nu bil­di­rə­rək, İs­veç­rə­də fəa­liy­yət gös­tə­rən di­as­por üzv­lə­ri­ni həm­rəy ol­ma­ğa ça­ğı­rıb. Fu­ad Mu­ra­dov de­yib ki, di­as­por mə­sə­lə­lə­ri ilə bağ­lı stra­te­ji is­ti­qa­mət­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si dün­ya öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nı dün­ya­nın ən güc­lü di­as­por­la­rın­dan bi­ri­nə çe­vi­rə­cək. O, di­as­por işi ilə bağ­lı ye­ni yol xə­ri­tə­si­nin ha­zır­lan­dı­ğı­nı bil­di­rib, əsas məq­sə­din dün­ya­da­kı bü­tün azər­bay­can­lı­la­rın bir­ləş­di­ril­mə­si ol­du­ğu­nu de­yib.


Top­lan­tı­da İs­veç­rə­də ya­şa­yan soy­daş­la­rı­mı­zın da­ha sıx bir­ləş­mə­si və di­as­por təş­ki­lat­la­rı­mı­zın fəa­liy­yə­ti­nin əla­qə­lən­di­ril­mə­si məq­sə­di­lə İs­veç­rə Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tə­sis edil­mə­si qə­ra­ra alı­nıb. "Azər­bay­can­lı­la­rın İs­veç­rə­də­ki Mə­də­niy­yət Mər­kə­zi"nin rəh­bə­ri Qa­sım Nə­si­rov Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si se­çi­lib.


Son­ra di­as­por hə­rə­ka­tı­nı xa­rak­te­ri­zə edən "Və­tən uzaq­da de­yil" ad­lı vi­deo­çarx nü­ma­yiş olu­nub.

Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin və Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin bir­gə la­yi­hə­si olan "Qa­ra­bağ" Azər­bay­can mək­tə­bi­nin də qa­yə­si, məhz və­tə­ni, və­tə­nin də­yər­lə­ri­ni, di­li­mi­zi, mil­li-mə­də­ni ir­si­mi­zi ya­şat­maq və təb­liğ et­mək­dir. Mək­tə­bin "Qa­ra­bağ" ad­lan­dı­rıl­ma­sı­nı xü­su­si məm­nun­luq­la qar­şı­la­yan İs­veç­rə­də ya­şa­yan soy­daş­la­rı­mız bu mək­tə­bi Azər­bay­can-Er­mə­nis­tan Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə da­ir hə­qi­qət­lə­rin, Azər­bay­can tor­paq­la­rı­nın iş­ğa­lı­na da­ir in­for­ma­si­ya­la­rın ya­yıl­ma­sı­na işıq sa­ça­caq bir çı­raq ad­lan­dı­rır­lar. İs­veç­rə döv­lət təh­sil sis­te­mi­nə in­teq­ra­si­ya olun­muş "Qa­ra­bağ"da Azər­bay­can di­li, ta­ri­xi, mil­li rəqs və pia­no dərs­lə­ri pe­şə­kar mü­əl­lim­lər tə­rə­fin­dən təd­ris olu­na­caq. Təd­ris oca­ğın­da is­veç­rə­li­lər və di­gər əc­nə­bi­lər də təh­sil ala bi­lə­cək­lər.


İs­veç­rə­də "Qa­ra­bağ" ad­lı mək­tə­bin açıl­ma­sı onu gös­tə­rir ki, Və­tən­dən uzaq­da ya­şa­yan soy­daş­la­rı­mı­zın da ürə­yi Qa­ra­bağ dər­di ilə dö­yü­nür və Qa­ra­bağ yal­nız Azər­bay­can­da ya­şa­yan­la­rın de­yil, bü­tün dün­ya­da ya­şa­yan soy­daş­la­rı­mı­zın həs­sas prob­le­mi­dir. Ümid edi­rik ki, Bern­də açı­lan "Qa­ra­bağ" mək­tə­bi İs­veç­rə­də ya­şa­yan azər­bay­can­lı­lar üçün, sö­zün əsl mə­na­sın­da, bir Və­tən çı­ra­ğı ola­caq. Er­mə­nis­ta­nın iş­ğal­çı­lıq si­ya­sə­ti ba­rə­də mə­lu­mat­la­rın ya­yıl­ma­sın­da, Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin çat­dı­rıl­ma­sın­da, di­li­mi­zin, mil­li-mə­də­ni ir­si­mi­zin ya­şa­dıl­ma­sın­da, təb­li­ğin­də və ümu­mi­lik­də soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sın­da bir işıq ola­caq. Çün­ki güc­lü di­as­por müs­tə­qil Azər­bay­ca­nın da­ya­ğı­dır.

 

Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND