Bakıda güclü yanğın: Yaxınlıqda məktəb yerləşir +FOTO


07.06.2019 15:33
114
Bakıda güclü yanğın: Yaxınlıqda məktəb yerləşir +FOTO

Paytaxtın Qaradağ rayonunda yanğın hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, Sahil qəsəbəsində Ə.Gülbabayev küçəsində ağaclıq sahədə yanğın başlayıb. Yanğın təxminən 14:15 radələrində başlayıb. Külək nəticəsində yanğın güclənməyə başlayıb.


Hadisə yerinə gələn FHN yanğınsöndürən briqadası yanğını söndürərək ətrafa yayılmasının qarşısını alıb (big.az).


Qeyd edək ki, yanğın baş verən ərazinin yaxınlığında orta məktəb yerləşir.



Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND