Quş sürülərinin səbəb olduğu təyyarə qəzaları - VİDEO

Hazırda quşla toqquşma hava nəqliyyatı üçün ən böyük təhlükələrdən biri hesab olunur. On il əvvələdək Beynəlxalq Mülki Aviasiya Təşkilatı hər il dünyada quşlarla təyyarələrin toqquşmasına dair orta hesabla 5400 hal qeydə alırdı. 1988-ci ildən bəri təyyarə mühərriklərinə quş düşməsi üzündən baş verən qəzalarda 200 nəfərdən artıq insan həyatını itirib.
Ekspress.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısının quş sürüsünə çırpılması səbəbindən Xəzər dənizinə düşdüyünü açıqlayıb. Bu, təyyarənin “qara qutu”sunun oxunmasından sonra məlum olub.
Xatırladaq ki, həmin qəzada təyyarənin pilotu Rəşad Atakişiyev dünyasını dəyişib.
Beynəlxalq Mülki Aviasiya Təşkilatının statsitikası göstərir ki, toqquşmaların 75 faizindən çoxu bilavasitə hava limanları ərazisində - ya təyyarə havaya qalxarkən, ya da eniş edərkən baş verir.
“REAL TV” dünyada bu səbəbdən baş verən ən böyük beş qəza ilə bağlı süjet hazırlayıb.
Materialda qeyd edilib ki, təyyarənin quş sürüsü ilə toq quşduğu ən böyük qəzalardan biri 1960-cı ildə ABŞ-da baş verib. Boston hava limanından qalxan L-188 təyyarəsi 2 dəqiqədən sonra sığırçın sürüsü ilə toqquşub. Mühərrikə girən quşlar təyyarənin Boston buxtasına düşməsinə səbəb olub. 67 sərnişin və 5 heyət üzvündən yalnız 10-u xilas ola bilib.
1962-ci ildə ABŞ-ın Merilend şəhəri yaxınlığında Vickers 745D Viscount təyyarəsi leylək sürüsü ilə toqquşma nəticəsində qəzaya uğrayıb, 17 nəfər ölüb.
1969-cu ildə Mahaçqala yaxınlığında havaya qalxmaq istəyən İl-14P təyyarəsinin mühərrikinə quş düşüb, pilot idarəetməni itirib və maşın dənizə düşüb və 17 nəfər həlak olub.
(Baku.ws)
Ekspress.az
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-