Azərbaycanda qatar xətti ləğv edilir


09.07.2019 17:50
41
Azərbaycanda qatar xətti ləğv edilir

Bakı-Ağstafa sürət qatarı ləğv ediləcək.


Ekspress.az xəbər verir ki, sürət qatarı iyulun 15-də ləğv olunacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən saytımıza bildirilib ki, Bakı-Ağstafa sürət qatarının ləğv edilməsi hərəkət qrafikinin optimallaşdırılması ilə bağlıdır:


“Orada dörd-altı vaqon var idi, indi isə ləğv edilib. Sərnişinlər bundan sonra qərb istiqamətinə yalnız Bakı-Böyük Kəsik sərnişin qatarı ilə hərəkət edə bilərlər”. 


QSC-dən qeyd edilib ki, Bakı-Böyük Kəsik sərnişin qatarının hərəkət saatı da dəyişdirilir:

“Artıq həmin qatar Bakı-Ağstafa sürət qatarı yola çıxan saatda hərəkət edəcək”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND