Gürcüstanda donuz qripindən ölənlərin sayı artır

31.01.2019 19:01
312
Gürcüstanda donuz qripindən ölənlərin sayı artır

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 30 yaşlı kişi qrip virusundan ölüb.Həmin şəxs qrip simptomları ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.


Ekspress.az xəbər verir ki, pasiyentin “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.


Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, kişinin ölümünə “donuz qripi”nin səbəb olması laboratoriya şəraitində hələ müəyyən olunmayıb.


Qeyd edək ki, qonşu ölkədə 20 nəfərin “donuz qripi”ndən ölməsi təsdiq olunub/Report.


Ekspress.az