Tanınmış idmançı qripdən öldü

27.01.2019 16:35
643
Tanınmış idmançı qripdən öldü

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib. Məlumata görə, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.

 

Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən müalicə alıb:


“Daha sonra xəstəlik şiddələnib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND