Çinə gələnlərin telefonlarına BU GİZLİ PROQRAM yazılır



04.07.2019 09:21
140
Çinə gələnlərin telefonlarına BU GİZLİ PROQRAM yazılır

Çinə Uyğur Muxtar Bölgəsi üzərindən gələn turistlərin telefonlarına gizli casus proqramları köçürülür.


Ekspress.az xəbər verir ki, belə bir iddia ilə “Qardian” qəzeti çıxış edib.


Bildirilib ki, sözügedən proqramlar cihazdakı bütün məlumatları Çin hakimiyyətinə ötürür.

Məlumatda deyilir ki, bu proqram hökumətin ekstermizm və terrorizmlə mübarizə üsulları çərçivəsində tətbiq edilir (axar.az).


“Qardian” iddia edir ki, sirli yükləmə bütün android-smartfonlara, o cümlədən ayfonlara sərhəd-keçid məntəqəsində quraşdırılır.


Ekspress.az

Açar sözlər: