Ötən il 2 minə qədər dövlət əmlakı özəlləşdirilib

12.02.2019 12:01
109
Ötən il 2 minə qədər dövlət əmlakı özəlləşdirilib

2018-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 600-dək özəlləşdirilmə hərracı keçirilib.


Ekspress.az xəbər verir ki, bu barədə ƏMDK-nın ərazilərin təşkili auksion mərkəzinin direktoru Faiq Məlikli deyib.


“Həmin hərraclarda 2 minədək dövlət əmlakı özəlləşdirilib. Bundan başqa, 900-dək elektron sifariş qəbul olunub, onlayn hərracda isə 50-dək dövlət əmlakının satışı reallaşdırılıb”, - deyə o qeyd edib (Azərtac).


Ekspress.az


  • SON XƏBƏR
  • TREND