Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir

18.02.2019 13:04
272
Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir

Azərbaycanın dövlət himninin başqa dildə oxunması qanunla qadağan edilir.


Ekspress.az -ın məlumatına görə, bu, yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihəsində (üçüncü oxunuş) əksini tapıb. 


Qanunun 8-ci (Azərbaycan Respublikasının Dövlət himninin istifadəsinə dair məhdudiyyətlər) maddəsinə əsasən, himn başqa dildə oxuna bilməz. 


Məlumat üçün bildirək ki, layihə parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə olunacaq. 


Ekspress.az

Açar sözlər: