Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulacaq

08.06.2019 10:55
79
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində III tura yekun vurulacaq.


İkinci oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq. İ, J və H qruplarında 3, C və E qruplarında isə 2 matç keçiriləcək.


C qrupunda Almaniya millisi 2 oyunda xal toplaya bilməyən Belarusun qonağı olacaq. İlk oyununu xalsız başa vuran Estoniya isə lider Şimali İralandiyanı qəbul edəcək.

Azərbaycan millisi E qrupunda Macarıstanı qəbul edəcək. Dünya çempionatının finalçısı Xorvatiya isə Uelsi sınağa çəkəcək.


Turun mərkəzi oyunu H qrupunda keçiriləcək. Son dünya çempionu Fransa səfərdə Türkiyə ilə qarşılaşacaq. Hər iki komanda 2 turdan sonra maksimum nəticə göstərib.


Qrupun digər matçlarında İslandiya Albaniyanı sınağa çəkəcək, autsayderlər Moldova və Andorra yığmaları isə ilk xallarını qazanmağa cəhd göstərəcəklər.


I qrupunda favorit sayılan Belçika millisi Qazaxıstan, Rusiya yığması autsayder San Marino ilə üz-üzə gələcək. Kipr isə Şotlandiyanın qonağı olacaq.


Sonuncu J qrupunda isə favorit İtaliya səfərdə Yunanıstanın müqavimətini qırmağa çalışacaq (report). Qrupun digər matçlarında isə Lixtenşteyn Ermənistanın, Bosniya və Hersoqovina isə Finlandiyanın qonağı olacaq.


AVRO-2020, Seçmə mərhələ, III tur


8 iyun


C qrupu


20:00. Estoniya – Şimali İrlandiya

22:45. Belarus - Almaniya

Xal durumu: Ş.İrlandiya - 6 (2 oyuna) , Almaniya – 3 (1), Hollandiya – 3 (2), Estoniya – 0 (1), Belarus – 0 (2).


E qrupu


17:00. Xorvatiya - Uels

20:00. Azərbaycan – Macarıstan

Xal durumu: Slovakiya - 3 (2 oyuna), Uels – 3 (1), Macarıstan – 3 (2), Xorvatiya – 3 (2), Azərbaycan – 0 (1).


H qrupu


17:00. İslandiya - Albaniya

20:00. Moldova - Andorra

22:45. Türkiyə - Fransa


Xal durumu: Fransa – 6 (2 oyuna), Türkiyə - 6 (2), Albaniya – 3 (2), İslandiya – 3 (2), Andorra – 0 (2), Moldova – 0 (2).


I qrupu


20:00. Rusiya – San Marino

22:45. Belçika - Qazaxıstan

22:45. Şotlandiya - Kipr


Xal durumu: Belçika – 6 (2), Kipr – 3 (2), Rusiya – 3 (2), Qazaxıstan – 3 (2), Şotlandiya – 3 (2), San Marino – 0 (2).


J qrupu


20:00. Finlandiya – Bosniya və Hersoqovina

20:00. Ermənistan – Lixtenşteyn

22:45. Yunanıstan - İtaliya


Xal durumu: İtaliya – 6 (2), Yunanıstan – 4 (2), Bosniya və Hersoqovina – 4 (2), Finlandiya – 3 (2), Ermənistan – 0 (2), Lixtenşteyn – 0 (2).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND