Messi La Liqada 399-cu qolunu vurub

07.01.2019 11:50
177
Messi La Liqada 399-cu qolunu vurub

Ötən gecə “Xetafe” - "Barselona" qarşılaşmasında fərqlənən Lionel Messi La Liqada vurduğu qollarının sayını 399-a çatdırıb.


Ekspress.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində topu qapıdan keçirən argentinalı ulduz futbolçu bununla həmçinin "Xetafe"yə vurduğu qolların sayını da artırıb. Messi bütün oyunlarda bu komandanın qapısına 19 qol vurub.


Qeyd edək ki, Messi bu matçda vurduğu qolla cari çempionatdakı qollarının sayını 16-ya çatdırıb.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND