Sabahdan hərbçilərin ailə üzvləri birdəfəlik müavinəti ala bilər

08.10.2018 16:30
138
Sabahdan hərbçilərin ailə üzvləri birdəfəlik müavinəti ala bilər

"Sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında "birdəfəlik ödəmə" bölməsinə daxil olmaqla hərbi qulluqçuların soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almağa hüququnun olub olmadığını yoxlaya bilərlər".  Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmənin verilməsi üçün müraciət qaydaları ilə bağlı keçirilən mətbuat konfransında deyib.


Nazir bildirib ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanı tam şəffaf yerinə yetirilməsi üçün yaradılmış komissiya tərəfindən bir sıra işlər görülür. 

Sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında "birdəfəlik ödəmə" bölməsinə daxil olmaqla hərbi qulluqçuların soyadı, adı və atasının adını daxil edərək birdəfəlik ödəməni almağa hüququnun olub olmadığını yoxlaya bilərlər. ("qafqazinfo.az")


Axtarışın nəticəsi olaraq "Hərbi qulluqçunun birdəfəlik ödəməni almaq hüququnun olması ilə bağlı cümlə çıxdıqda həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlum olmadıqda mirasının olduğu yer notariat kontoruna müraciət edir.


Notariat kontoruna təqdim olunan sənədlər qaydasında olduğu təqdirdə məlumatlar notarius tərəfindən elektron qaydada 3 iş günü müddətində nazirliyin mərkəzi elektron informasiya sisteminə ötürülür.


Daha sonra ƏƏSMN tərəfindən tələb olunan maliyyənin ayrılması məqsədi ilə Maliyyə Nazirliyinə müraciət olunur.


Son olaraq ödəmə vərəsənin bank hesabına köçürülür.


Daimi əsaslarla ölkə kənarında yaşayan şəxslər isə tələb olunan sənədlərlə birlikdə konsulluq və nümayəndəliklərə müraciət edə bilər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND