Yasamalda 16 mərtəbəli yaşayış binasında yanğın olub


20.07.2019 17:09
158
Yasamalda 16 mərtəbəli yaşayış binasında yanğın olub

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. 


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Ekspress.az