Almaniya və Ukrayna prezidentləri Azərbaycan Prezidentini təbrik edib

27.05.2019 15:23
81
Almaniya və Ukrayna prezidentləri Azərbaycan Prezidentini təbrik edib


Ukrayna və Almaniya prezidentləri Azərbaycan Prezidenti İlham Əliyevi Respublika günü münasibəti ilə təbrik edib.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukrayna prezidentinin təbrik məktubunda deyilir:


“Hörmətli İlham Heydər oğlu.


Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.


Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.


Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.


Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.


Almaniya Prezidenti Frank-Valter Ştanymayerin təbrikində isə qeyd edilir:


“Cənab Prezident.


Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından ən xoş arzularımı bildirirəm.


Azərbaycan və Almaniya 27 illik dinamik və etibarlı diplomatik əlaqələrə malikdirlər. Bu il biz Bakıdakı Alman Dili Tədris Mərkəzinin 10 illik yubileyini qeyd edirik. Mən çox şadam ki, alman dilinin tədrisinə və alman mədəniyyətinə Azərbaycanda belə yüksək münasibət bəslənilir. 2018-ci ildə açılmış Höte Mərkəzi mədəniyyət sahəsində əməkdaşlığımızı daha da gücləndirdi. Almaniya, həmçinin siyasi dialoqu da davam etdirməyə daim hazırdır.

Mən Sizə xoş diləklərimi çatdırır və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram”.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND