Azər­bay­can di­as­po­ru­nun Al­ma­ni­ya cə­miy­yə­ti­nə in­teq­ra­si­ya­sı

05.10.2018 19:13
600
Azər­bay­can di­as­po­ru­nun Al­ma­ni­ya cə­miy­yə­ti­nə in­teq­ra­si­ya­sı

Azər­bay­can və Al­ma­ni­ya ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lər 1992-ci il fev­ra­lın 20-də qu­ru­lub. 2 sen­tyabr 1992-ci il­də Azər­bay­ca­nın Al­ma­ni­ya­da sə­fir­li­yi, 22 sen­tyabr 1992-ci il­də Al­ma­ni­ya­nın Azər­bay­can­da­kı sə­fir­li­yi açı­lıb. Dip­lo­ma­tik mü­na­si­bət­lə­rin ya­ran­ma­sın­dan son­ra Azər­bay­can və Al­ma­ni­ya ara­sın­da əla­qə­lər mü­tə­ma­di ola­raq in­ki­şaf edib.


Qeyd edək ki, Av­ro­pa öl­kə­lə­ri sı­ra­sın­da azər­bay­can­lı­la­rın da­ha fə­al ol­du­ğu öl­kə Al­ma­ni­ya he­sab edi­lir. Al­ma­ni­ya­da azər­bay­can­lı­la­rın di­as­por ki­mi for­ma­laş­ma­sı əsa­sən XX əs­rin 80-90-cı il­lə­ri­nə tə­sa­düf edir.


1988-ci il­dən eti­ba­rən Al­ma­ni­ya­da fa­si­lə­lər­lə on­lar­la cə­miy­yət fəa­liy­yət gös­tər­mə­yə baş­la­yıb. 1988-ci il­də Ber­lin­də "Azər­bay­can-Al­ma­ni­ya Cə­miy­yə­ti", 1990-cı il­də Frank­furt şə­hə­rin­də "Azər­bay­can Mə­də­ni Əla­qə­lər Cə­miy­yə­ti", Köln şə­hə­rin­də "Azər­bay­can Kül­tür Cə­miy­yə­ti", Nürn­berq şə­hə­rin­də "Azər­bay­can Kül­tür Dər­nə­yi"ni, 1991-ci il­də Bonn şə­hə­rin­də "Azər­bay­can Kül­tür Oca­ğı", Düs­sel­dorf şə­hə­rin­də "Al­man-Azər­bay­can Cə­miy­yə­ti"ni, 1997-ci il­də isə Lim­burq şə­hə­rin­də ya­ra­dı­lan "Azər­bay­can Evi"ni bu­na mi­sal gös­tər­mək olar.


Eks­pert­lə­rin fik­rin­cə, ya­ra­dı­lan bu bir­lik­lər Azər­bay­can Res­pub­li­ka­sı ilə Al­ma­ni­ya ara­sın­da ic­ti­mai-mə­də­ni və iq­ti­sa­di əla­qə­lə­rin in­ki­şa­fın­da ya­xın­dan iş­ti­rak edib­lər. Hət­ta Al­ma­ni­ya-Azər­bay­can əla­qə­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­sin­də "Al­ma­ni­ya-Azər­bay­can Cə­miy­yət­lə­ri Fe­de­ra­si­ya­sı"nın fəa­liy­yə­ti­ni xü­su­si­lə qeyd et­mək la­zım­dır. 1996-cı il­də Al­ma­ni­ya­da­kı Azər­bay­can cə­miy­yət­lə­ri­nin va­hid struk­tur­da - "Al­ma­ni­ya-Azər­bay­can Cə­miy­yət­lə­ri Fe­de­ra­si­ya­sı"nda bir­ləş­mə­si ilə adı çə­ki­lən qu­rum tə­sis edil­di. Fe­de­ra­si­ya­nın əsas məq­sə­di di­as­por təş­ki­lat­la­rı ara­sın­da əla­qə­lə­ri da­ha da güc­lən­dir­mək idi. 1999-cu il av­qus­tun 21-22-də AACF-nin Bonn şə­hə­rin­də bi­rin­ci qu­rul­ta­yı ke­çi­ril­di. 2004-cü ilin ok­tyab­rın­da Al­ma­ni­ya­nın pay­tax­tı Ber­lin şə­hə­rin­də "Ni­za­mi Gən­cə­vi adı­na Mə­də­niy­yət İns­ti­tu­tu" fəa­liy­yə­tə baş­la­dı. 2004-cü il ap­rel ayı­nın 17-də isə Al­ma­ni­ya­nın pay­tax­tı Ber­lin­də "Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si"nin tə­sis edil­mə­si isə müx­tə­lif öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı is­ti­qa­mə­tin­də əhə­miy­yət­li ha­di­sə ol­du.


Xa­tır­la­daq ki, dün­ya­nın 28 öl­kə­sin­də 50-dən ar­tıq di­as­por təş­ki­la­tı -Ru­si­ya, Uk­ray­na, Be­la­rus, Mol­do­va, İs­veç, İs­veç­rə, Nor­veç, Da­ni­mar­ka, Fran­sa, Hol­lan­di­ya, Avs­tri­ya, Bol­qa­rıs­tan, Ru­mı­ni­ya, Ma­ca­rıs­tan, Bel­çi­ka, Fin­lan­di­ya və Al­ma­ni­ya­da­kı Azər­bay­can ic­ma­la­rı Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nın kol­lek­tiv üzv­lə­ri se­çi­lib. Və re­gi­on­da azər­bay­can­lı­la­rın mil­li-mə­də­ni xü­su­siy­yət­lə­ri­ni qo­ru­maq, so­si­al və si­ya­si-hü­qu­qi ma­raq­la­rı­nı tə­min et­mək konq­re­sin əsas və­zi­fə­lə­rin­dən sa­yı­lır­dı. Bun­dan baş­qa, Av­ro­pa Azər­bay­can­lı­la­rı Konq­re­si­nın fəa­liy­yət sa­hə­lə­rin­dən bi­ri də Azər­bay­can, Qaf­qaz və Xə­zər böl­gə­lə­ri ilə əla­qə­li el­mi-təd­qi­qat iş­lə­ri­ni dəs­tək­lə­mək, fond­lar, təd­qi­qat ins­ti­tut­la­rı, ki­tab­xa­na­lar və ar­xiv­lər tə­sis et­mək­dən iba­rət olub (anl.az).


Al­ma­ni­ya­da "Azər­bay­can Mə­də­niy­yə­ti" Cə­miy­yə­ti­nin və "Hey­dər Əli­yev adı­na Dün­ya Boks Ko­mi­tə­si"nin səd­ri Ya­şar Nif­tə­li­yev qeyd edir ki, Av­ro­pa­da Al­ma­ni­ya da da­xil ol­maq­la ye­ni me­tod­la­rın di­as­por­da is­ti­fa­də olun­ma­sı ar­tıq nə­ti­cə eti­ba­rıi­lə özü­nü bü­ru­zə ver­mək­də­dir: "Biz azər­bay­can­lı­lar ye­ni-ye­ni Av­ro­pa­da tə­ka­mül­lə­şə­rək yer­li ida­rə­et­mə ilə, seç­ki­li or­qan­lar­la sıx ün­siy­yət ya­ra­dı­rıq, dost­lar qa­za­nı­rıq. Bun­lar in­di-in­di öz nə­ti­cə­si­ni ver­mək­də­dir. Ar­tıq bir ne­çə böl­gə­lər­də azər­bay­can­lı­lar öz­lə­ri yer­li qu­rum­la­ra se­çi­lir­lər, tə­yin olu­nur­lar və sa­ir. Di­as­por sa­hə­sin­də tət­biq edi­lən ye­ni me­tod­lar əmi­nəm ki, lob­bi­çi­li­yi də sü­rət­lən­di­rə­cək. Ən baş­lı­ca­sı gənc­lə­ri­mi­zin yer­li par­ti­ya­la­ra üzv ol­ma­sı ak­tu­al mə­sə­lə­yə çev­ri­lib və gün­dəm­də­dir. Əsas in­teq­ra­si­ya­nın güc­lü ol­ma­sı­dır. Əks hal­da lob­bi­çi­lik zə­if in­ki­şaf edər" ("re­port.az").


Al­ma­ni­ya­da fəa­liy­yət gös­tə­rən dis­por təş­ki­lat­la­rın­dan bi­ri də Azər­bay­can Di­as­po­ru­nun Al­ma­ni­ya­da­kı Mər­kə­zi Şu­ra­sı­dır. Öl­kə­mi­zin təb­li­ği is­ti­qa­mə­tin­də çox­say­lı la­yi­hə­lər, təd­bir­lər hə­ya­ta ke­çi­rən Azər­bay­can Di­as­po­ru­nun Al­ma­ni­ya­da­kı Mər­kə­zi Şu­ra­sı Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin əsl ma­hiy­yə­ti, er­mə­ni­lə­rin iş­ğal­çı­lıq si­ya­sə­ti­nin al­man cə­miy­yə­ti­nə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də də fə­al iş apa­rır. Azər­bay­can Di­as­po­ru­nun Al­ma­ni­ya­da­kı Mər­kə­zi Şu­ra­sı­nın uğur­lu ad­dım­la­rın­dan bi­ri Al­ma­ni­ya­da ilk də­fə "Qa­ra­bağ" ic­ti­mai-si­ya­si jur­na­lı­nın bu­ra­xıl­ma­sı­dır. Bu ba­rə­də ya­yı­lan mə­lu­mat­lar­da da bil­di­ri­lir­di ki, Al­ma­ni­ya­da rəs­mi fəa­liy­yət gös­tə­rən Azər­bay­can Di­as­po­ru­nun Al­ma­ni­ya­da­kı Mər­kə­zi Şu­ra­sı­nın pre­zi­den­ti həm­və­tə­ni­miz Ten­gis Sa­de Ba­ron zu Rom­ker­hall tə­şəb­bü­sü və sə­yi nə­ti­cə­sin­də Al­ma­ni­ya­da ilk də­fə Azər­bay­can və al­man dil­lə­rin­də "Qa­ra­bağ" ic­ti­mai-si­ya­si jur­na­lı bu­ra­xı­la­caq. Mər­kə­zi Şu­ra­nın rəh­bə­ri və jur­na­lın baş re­dak­to­ru Ten­gis Sa­de Ba­ron zu Rom­ker­hal­lın ver­di­yi mə­lu­ma­ta gö­rə, Azər­bay­can və al­man dil­lə­rin­də bu­ra­xı­lan jur­na­lın əsas məq­sə­di Azər­bay­can si­ya­sə­ti­ni, ta­ri­xi­ni, mə­də­niy­yə­ti­ni, mad­di mə­də­niy­yət abi­də­lə­ri­ni, mu­si­qi­si­ni Al­ma­ni­ya­da və al­man dil­li öl­kə­lər­də təb­liğ et­mək, Azər­bay­can ilə ya­xın­dan ma­raq­la­nan in­san­la­rı mə­lu­mat­lan­dır­maq­dan iba­rət­dir.


Xa­tır­la­daq ki, Mər­kə­zi Şu­ra­nın pre­zi­den­ti hü­quq­şü­nas ki­mi Al­ma­ni­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın ma­raq­la­rı­nı döv­lət or­qan­la­rı və ic­ti­mai təş­ki­lat­lar qar­şı­sın­da mü­da­fiə edən nü­ma­yən­də qis­min­də çı­xış edir. O qeyd edir ki, Al­ma­ni­ya­da 50-yə ya­xın di­as­por təş­ki­la­tı fəa­liy­yət gös­tər­sə də, təş­ki­lat­lar o qə­dər fə­al de­yil: "Bu təş­ki­lat­lar müs­tə­qil fəa­liy­yət gös­tə­rir və il­də bir ne­çə də­fə bay­ram­lar ke­çir­mək­lə ki­fa­yət­lə­nir. Mən ye­ni ya­ran­mış di­as­por təş­ki­lat­la­rı­na zəng edib mər­kə­zi şu­ra­nın xid­mət­lə­ri­ni tək­lif et­dim, am­ma mə­nə de­di­lər ki, on­lar müs­tə­qil fəa­liy­yət gös­tər­mək is­tə­yir. Mər­kə­zi şu­ra ya­ra­nan­da biz be­lə dü­şü­nür­dük ki, bü­tün təş­ki­lat­lar mər­kəz­dən mə­lu­mat al­sın­lar. Mər­kəz sə­fir­lik tə­rə­fin­dən dəs­tək­lə­nir. Azər­bay­can Res­pub­li­ka­sı­nın təd­bir­lə­ri də mər­kəz tə­rə­fin­dən bü­tün o bi­ri təş­ki­lat­la­ra pay­la­nır. Şu­ra­nın məq­sə­di və fəa­liy­yə­ti Al­ma­ni­ya­da yar­dı­ma eh­ti­ya­cı olan Azər­bay­can di­as­por üzv­lə­ri­nə yar­dım gös­tər­mək, həm­yer­li­lə­ri­mi­zin bə­ra­bər hü­quq­la­ra ma­lik ol­du­ğu­nu tə­min et­mək­dən iba­rət­dir. Mən özüm hü­quq­şü­nas ol­du­ğum üçün həm­yer­li­lə­ri­mi­zi məh­kə­mə­lər­də təm­sil edib, on­la­ra yar­dım gös­tə­ri­rəm. Bun­dan baş­qa, Al­ma­ni­ya­da ya­şa­yan əha­li­ni Azər­bay­ca­nın mə­də­niy­yə­ti, mu­si­qi­si, ta­ri­xi və si­ya­sə­ti ilə ta­nış et­mək, di­gər döv­lət və qey­ri-döv­lət ida­rə­lə­ri ilə Azər­bay­can Res­pub­li­ka­sı ara­sın­da sıx əla­qə­lə­rin ya­ra­dıl­ma­sın­dan iba­rət­dir. Al­ma­ni­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın cə­miy­yə­tə ne­cə in­teq­ra­si­ya olun­ma­sı­na gə­lin­cə, qeyd edim ki, çox pas­siv bir sə­viy­yə­də­dir. Çün­ki bir­lik yox­dur. Hər han­sı bir təd­bir ke­çi­ri­lən­də baş­qa­la­rı­na mə­lu­mat ve­ril­mir. In­teq­ra­si­ya mə­sə­lə­si­nə gəl­dik­də, Al­ma­ni­ya cə­miy­yə­tin­də mən ta­nı­dı­ğı­ma gö­rə, azər­bay­can­lı olan və ar­tıq in­teq­ra­si­ya pro­se­si­ni ke­çən çox gö­zəl hə­kim­lər, cər­rah­lar, el­mi iş­çi­lər, dil və ta­rix üz­rə pro­fes­sor­lar var, in­cə­nə­sət us­ta­la­rı var, Al­ma­ni­ya­nın si­ya­si par­ti­ya­la­rı­nın sı­ra­la­rın­da olan və­tən­daş­lar da var" ("voa­news.com").


Di­as­por təş­ki­lat­lar­dan bi­ri olan Al­man-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti 2011-ci il­də tə­sis edi­lib. Cə­miy­yə­tin səd­ri Nai­bə Ha­cı­ye­va bil­di­rib ki, Al­man-Azər­bay­can Dost­luq Cə­miy­yə­ti­ni tə­sis et­mək­də əsas məq­səd bu təş­ki­lat va­si­tə­si­lə al­man­lar­la dost­lu­ğu da­ha da möh­kəm­lən­dir­mək, həm­çi­nin adət-ənə­nə­lə­ri­mi­zi al­man­la­ra da­ha da ya­xın­dan ta­nıt­dır­maq olub: "Al­man­la­ra nə­in­ki bi­zim ye­mək­lə­ri, hət­ta mil­li rəqs­lə­ri­mi­zi, öz ana di­li­mi­zi be­lə öy­rə­di­rəm. Ke­çir­di­yi­miz bü­tün gö­rüş­lər­də on­la­ra Azər­bay­can haq­qın­da mə­lu­mat­lar ve­ri­rəm. Xü­su­si­lə, Dağ­lıq Qa­ra­bağ prob­le­mi, er­mə­ni­lər tə­rə­fin­dən Xo­ca­lı­da tö­rə­di­lən soy­qı­rım haq­qın­da tez-tez söh­bət­lər edi­lir. Ümu­miy­yət­lə, bi­zim təş­ki­la­tı­mı­zən əsas məq­sə­di Azər­bay­can­la Al­ma­ni­ya cə­miy­yə­ti ara­sın­da dost­lu­ğu güc­lən­dir­mək, ol­kə­mi­zin mə­də­niy­yə­ti­ni təb­liğ et­mək və ən baş­lı­ca­si həm­yer­li­lə­ri­miz­lə da­ha six əla­qə­lər ya­ra­dib on­la­rı bir çə­tir al­tin­da bir­ləş­dir­mək­dir. Al­ma­ni­ya­da müx­tə­lif Azər­bay­can dər­nək­lə­ri, di­as­por təş­ki­lat­la­rı möv­cud­dur. Bu təş­ki­lat­la­rın ha­mı­sı­nın da məq­sə­di ey­ni­dir. Yə­ni, Azər­bay­can hə­qi­qət­lə­ri­ni, Dağ­lıq Qa­ra­bağ prob­le­mi və Xo­ca­lı soy­qı­rı­mı­nı bu­ra­da ta­nıt­maq və Al­ma­ni­ya cə­miy­yə­ti ilə sıx əmək­daş­lıq əla­qə­lə­ri ya­rat­maq. Di­gər tə­rəf­dən son il­lər dov­lət tə­rə­fin­dən di­as­po­ra fəa­liy­yə­ti­nə ay­rı­lan diq­qət və qay­ğı Al­ma­ni­ya­da­kı di­as­po­ra­mı­zın fəa­liy­yə­tin­də də əhə­miy­yət­li də­rə­cə­də hiss olu­nur. Al­ma­ni­ya­nın bir çox şə­hər­lə­rin­də həm­yer­li­lə­ri­mi­zin ya­rat­dıq­la­rı təş­ki­lat­lar Azər­bay­can hə­qi­qət­lə­ri­nin ta­nı­dıl­ma­sın­da və ol­kə­lə­ri­miz ara­sın­da mə­də­ni əla­qə­lə­rin in­ki­şa­fın­da çox bö­yük rol oy­na­yır" ("olay­lar.az").


Al­man Azər­bay­can Mə­də­niy­yət Evi­nin ic­ra­çı di­rek­to­ru Ağa Ağa­yev di­as­por sa­hə­sin­də mü­hüm iş­lər gö­rül­dü­yü­nü qeyd edir. Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can hə­qi­qət­lə­ri, Dağ­lıq Qa­ra­bağ prob­le­mi və Xo­ca­lı soy­qı­rı­mı­nı Av­ro­pa ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq is­ti­qa­mə­tin­də müx­tə­lif la­yi­hə­lər, təd­bir­lər hə­ya­ta ke­çi­ri­lib. "Cə­miy­yə­ti­mi­zin əsas məq­səd­lə­rin­dən bi­ri Al­ma­ni­ya­da ya­şa­yan həm­və­tən­lə­ri­mi­zin so­si­al eh­ti­yac­la­rı­nın ödə­nil­mə­sin­də fə­al rol oy­na­maq, bu öl­kə­də ya­şa­yan azər­bay­can­lı­la­rın as­si­mil­ya­si­ya ol­ma­dan al­man cə­miy­yə­ti­nə in­teq­ra­si­ya­sı­nı sü­rət­lən­dir­mək­dir. Al­man Azər­bay­can Mə­də­niy­yət Evi bir sı­ra təd­bir­lər təş­kil edə­rək mü­əy­yən səs-sə­da ya­ra­dıb. Fəa­liy­yət gös­tər­di­yi­miz za­man için­də bir si­ra mü­hüm təd­bir­lər ke­çir­mi­şik. 20 Yan­var fa­ciə­si­nin il­dö­nü­mü ilə bağ­lı Al­ma­ni­ya­nın Şi­ma­li Reyn Vest­fa­li­ya əya­lə­ti­nin Məc­li­si­nin in­teq­ra­si­ya üz­rə ko­mi­tə­si­nin səd­ri Arif Unal və bir sı­ra Al­man ic­ti­ma­iy­yə­tin­də önəm­li möv­qe tu­tan in­san­la­rın iş­ti­ra­kı ilə ge­niş bir konf­rans təş­kil et­miş­dik. Konf­rans­da iş­ti­rak edən al­man və türk ic­ma­la­rı­nın nü­ma­yən­də­lə­ri­nə 20 yan­var ha­di­sə­si, Rus qo­şun­la­rı­nın Ba­kı­da tö­rət­dik­lə­ri vəh­şi­lik­lər­lə bağ­lı ge­niş mə­lu­mat ve­ril­miş və film iz­lən­miş­di. Konf­rans­da mil­lət və­ki­li Arif Unal da çı­xış et­miş­di. Konf­rans­dan son­ra şə­hid­lə­ri­mi­zin xa­ti­rə­si­nə eh­san ve­ril­miş­di. Cə­miy­yə­ti­miz 31 mart - Azər­bay­can­lı­la­rın Soyq­rı­mı Gü­nü və qon­dar­ma er­mə­ni soyq­rı­mı ilə bağ­lı da türk di­as­po­ra təş­ki­lat­la­rı ilə bə­ra­bər müx­tə­lif təd­bir­lə­rə də im­za atıb. Ümum­mil­li li­de­ri­mi­zin Hey­dər Əli­ye­vin do­ğum gü­nü ilə bağ­lı zi­ya­fə­ti təş­kil et­miş­dik. 28 may-Res­pub­li­ka Gü­nü mü­na­si­bə­tiy­lə Bonn şə­hə­rin­də məş­hur "Bu Şə­hər­də" qru­pu­nun iş­ti­ra­kı ilə əy­lən­cə­li ta­ma­şa təş­kil et­mi­şik, ey­ni za­man­da hə­min ta­ma­şa­nın Ham­burq­da təş­kil edil­mə­si­nə də dəs­tək ol­duq. Bü­tün bu sa­da­la­dı­ğım təd­bir­lə­ri Al­man-Azər­bay­can Mə­də­niy­yət Evi ola­raq cə­mi bir ne­çə ay ər­zin­də yük­sək sə­viy­yə­də təş­kil et­mi­şik".


Al­man Azər­bay­can Mə­də­niy­yət Evi­nin ic­ra­çı di­rek­to­ru onu da qeyd edir ki, Al­ma­ni­ya­da fəa­liy­yət gös­tə­rən di­as­por təş­ki­lat­la­rı ara­sın­da bir­lik, həm­rəy­lik möv­cud­dur ("di­as­po­ra.az"). De­di­yi­nə gö­rə, Al­man-Azər­bay­can Mə­də­niy­yət Evi ola­raq hər bir soy­da­şı­mız­la, di­as­por təş­ki­la­tı ilə ya­xın­dan əmək­daş­lıq et­mə­yə ça­lı­şır­lar: "Tək­cə Azər­bay­can di­as­por təş­ki­lat­la­rı ilə de­yil, ey­ni za­man­da türk di­as­po­ru ilə də nor­mal mü­na­si­bət­lər qu­rub əla­qə­lə­ri­mi­zi, əmək­daş­lı­ğı­mı­zı in­ki­şaf et­di­ri­rik. Yu­xa­rı­da da qeyd et­di­yim ki­mi, Al­man-Azər­bay­can Mə­də­niy­yət Evi­nin 31 mart-Azər­bay­can­lı­la­rın Soyq­rı­mı Gü­nü və qon­dar­ma er­mə­ni soyq­rı­mı ilə bağ­lı türk di­as­por təş­ki­lat­la­rı ilə bə­ra­bər müx­tə­lif təd­bir­lə­ri ke­çi­ri­lib. Ha­zır­da fəa­liy­yət gös­tər­di­yi­miz Köln şə­hə­rin­də və ət­ra­fın­da 15 mi­nə ya­xın azər­bay­can­lı ya­şa­maq­da­dır ki, on­la­rın da 3 mi­nə ya­xı­nı res­pub­li­ka­mız­dan­dır. Al­man Azər­bay­can Mə­də­niy­yət Evi ola­raq gə­lə­cək­də də Azər­bay­can hə­qi­qət­lə­ri­nin Al­man ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da və soy­daş­la­rı­mı­zın Al­man cə­miy­yə­ti­nə in­teq­ra­si­ya olun­ma­sın­da, on­la­rın so­si­al hə­yat­la­rı­nın tə­mi­na­tın­da fə­al ol­ma­ğı qar­şı­mı­za məq­səd qoy­mu­şuq".

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND