Daşınmaz əmlaka dair kağız çıxarışların verilməsinə son qoyulacaq

15.04.2019 10:35
41
Daşınmaz əmlaka dair kağız çıxarışların verilməsinə son qoyulacaq

Aprelin 18-dən daşınmaz əmlaka dair çıxarışların verilməsi elektron müstəviyə keçəcək və bununla da kağız çıxarışların verilməsinə son qoyulacaq.


Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bununla bağlı qurum tərəfindən “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək. Tədbirin məqsədi operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Tədbirdə Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və əmlak ekspertləri iştirak edəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND