Pol­şa­da­kı azər­bay­can­lı­lar təş­ki­lat­la­nır

21.08.2018 10:55
433
Pol­şa­da­kı azər­bay­can­lı­lar təş­ki­lat­la­nır

Azər­bay­can­la Pol­şa ara­sın­da əla­qə­lə­rin yüz il­lər­lə ya­şı ol­sa da, bu öl­kə­də Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın sa­yı ar­zuo­lu­nan sə­viy­yə­də de­yil.


Rəs­mi Ba­kı ilə Var­şa­va ara­sın­da­kı mü­na­si­bət­lə­rin ta­ri­xi­nə nə­zər sal­saq gö­rə­rik ki, Azər­bay­can­la Pol­şa əla­qə­lə­ri­nin baş­lan­ğı­cı bə­zi mən­bə­lər­də X əsr­dən gö­tü­rü­lür. Pol­şa Av­ro­pa ai­lə­si­nə döv­lət ki­mi da­xil olan za­man ar­tıq Azər­bay­can ipə­yi, zər­gər­lik mə­mu­lat­la­rı, xal­ça­la­rı ba­rə­də pol­şa­lı­lar­da ümu­mi mə­lu­mat var idi. Pol­şa­lı ta­cir­lər Azər­bay­ca­na gə­lir, azər­bay­can­lı ta­cir­lər ilə Pol­şa­ya mal apa­rıb sa­tır­dı­lar. XVII-XVIII əsr­də Pol­şa­dan di­ni mis­si­ya­lar Azər­bay­ca­na gə­lir­di. Dip­lo­ma­tik mü­na­si­bət­lər XV əsr­dən qu­rul­du­ğun­dan, pol­şa­lı mis­sio­ner­lə­rin ka­to­lik tə­ri­qə­ti­ni yay­maq üçün öl­kə­mi­zə azad sə­fər edə bi­lir­di­lər. Azər­bay­can­lı mü­ğən­ni­lə­rin və mu­si­qi­çi­lə­rin Pol­şa­da səs yaz­dır­ma­sı, elm-təh­sil da­lın­ca gəl­mə­si, ti­ca­ri əla­qə­lər Pol­şa ilə Azər­bay­can mü­na­si­bət­lə­ri­nin in­ki­şa­fın­da bö­yük rol oy­na­yır­dı. XX əs­rin əv­vəl­lə­rin­dən isə Pol­şa­ya ilk azər­bay­can­lı mü­ha­cir­lər köç­mə­yə baş­la­yır­lar ki, on­la­rın ək­sər his­sə­si­ni cə­nub­lu soy­daş­la­rı­mız təş­kil edir­di. La­kin II dün­ya mü­ha­ri­bə­si il­lə­ri­nin baş­la­ma­sı şi­mal­lı­la­rın sa­yı­nın ço­xal­ma­sı­na şə­ra­it ya­rat­dı. Tə­əs­süf ki, Pol­şa­da ya­şa­yan azər­bay­can­lı­la­rın bir his­sə­si­nin mil­liy­yə­ti­nin rus, türk və iran­lı gös­tə­ril­mə­si bu­ra­da ya­şa­yan azər­bay­can­lı­la­rın təq­ri­bi sa­yı­nı mü­əy­yən et­mə­yə ma­neə tö­rə­dir.


Pol­şa­da azər­bay­can­lı­lar Var­şa­va, Qdansk, Plotsk və di­gər şə­hər­lər­də məs­kun­la­şıb­lar. Bu öl­kə­də Azər­bay­can­la bağ­lı bir çox mən­bə­lər və sə­nəd­lər var. Ab­bas­qu­lu ağa Ba­kı­xa­no­vun, Məm­məd Əmin Rə­sul­za­də və di­gər ədib­lə­ri­mi­zin əsər­lə­rin­də Pol­şa ba­rə­sin­də də mə­lu­mat əl­də et­mək olar. Pol­yak dil­lə­rin­də Azər­bay­can das­tan­la­rı, şer­lə­ri, na­ğıl­la­rı ha­zır­da bu­ra­nın ar­xiv və ki­tab­xa­na­la­rın­da sax­la­nı­lır.


Pol­şa­da Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın sa­yı məh­dud çər­çi­və­də­dir. Bu öl­kə­də­ki di­as­por təş­ki­lat­la­rın­dan bi­ri Azər­bay­can-Pol­şa Bir­lik Cə­miy­yə­ti­dir. Azər­bay­can-Pol­şa Bir­lik Cə­miy­yə­ti 2009-cu il­də tə­sis olu­nub ("olay­lar.az"). Bir­lik Cə­miy­yə­ti əsa­sən Var­şa­va və ət­raf şə­hər­lər­də ya­şa­yan həm­yer­li­lə­ri­mi­zi ozun­də cəm­ləş­di­rir. Cə­miy­yət Pol­şa­da yer­li ic­ti­ma­iy­yə­tə uğur­la in­teq­ra­si­ya olu­nur, möv­qe­yi­mi­zi bi­la­va­si­tə yer­li ida­rə­et­mə struk­tur­la­rı­na çat­dı­rır. Azər­bay­can-Pol­şa Bir­lik Cə­miy­yə­ti Azər­bay­can re­al­lıq­la­rın­dan, ta­ri­xi­miz­dən, mə­də­niy­yə­ti­miz­dən Pol­şa ic­ti­ma­iy­yə­ti­nin xə­bər tut­ma­sı is­ti­qa­mə­tin­də də iş­lər gö­rü­lür. Bu ba­xım­dan cə­miy­yət Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si, onun ağ­rı­lı nə­ti­cə­lə­ri, əra­zi­lə­ri­mi­zin hə­lə də 20 fai­zi­nin er­mə­ni iş­ğa­lı al­tın­da ol­ma­sı­na da­ir hə­qi­qət­lə­rin Pol­şa xal­qı­na çat­dı­rıl­ma­sın­da xey­li nai­liy­yət­lər əl­də edib. Azər­bay­can-Pol­şa Bir­lik Cə­miy­yə­ti­nin səd­ri Nə­bi İba­dov­dur.


Pol­şa­da fəa­liy­yət gös­tə­rən di­gər bir təş­ki­lat "Qaf­qaz Evi"dir. "Qaf­qaz Evi" Pol­şa­da 2007-ci il­dən fəa­liy­yət gos­tə­rir. Cə­miy­yət Qaf­qaz xalq­la­rı ara­sın­da an­laş­ma və əmək­daş­lı­ğa yar­dım üçün bir­ləş­miş fi­zi­ki şəxs­lə­rin is­tə­yi əsa­sın­da qu­ru­lub. Cə­miy­yə­tin məq­sə­di Qaf­qaz re­gio­nu­na məx­sus ta­rix, ənə­nə, mə­də­niy­yət, iq­ti­sa­diy­yat haq­qın­da bi­lik­lə­rin və ak­tu­al­lıq kəsb edən ic­ti­mai-si­ya­si və­ziy­yə­tin ya­yıl­ma­sı, re­gi­on­da in­ki­şaf-təb­liğ proq­ram­la­rın dəs­tək­lən­mə­si­dir. Cə­miy­yə­tin fəa­liy­yə­ti Pol­şa və Qaf­qaz xalq­la­rı ara­sın­da, xü­su­sən Gür­cüs­tan və Azər­bay­can­la bir­gə el­mi, el­mi-tex­ni­ki, mə­də­ni, təh­sil, ic­ti­mai və si­ya­si əmək­daş­lı­ğın ya­ra­dıl­ma­sı­na yö­nəl­di­lib. "Qaf­qaz Evi"nin səd­ri Hic­ran Əli­ye­va­dır.


Bu il Pol­şa­da­kı Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın sı­ra­sı ge­niş­lə­nib. Be­lə ki, bu il fev­ral 11-də Pol­şa­nın pay­tax­tı 

Var­şa­va­da ye­ni Azər­bay­can di­as­por təş­ki­la­tı tə­sis edi­lib. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­sin­dən "Eks­press"ə da­xil olan mə­lu­ma­ta gö­rə, Var­şa­va Tex­ni­ki Uni­ver­si­te­ti­nin konf­rans za­lın­da ke­çi­ri­lən təd­bir­də Azər­bay­ca­nın Pol­şa­da­kı sə­fir­li­yi­nin nü­ma­yən­də­lə­ri və azər­bay­can­lı gənc­lər iş­ti­rak edib­lər. Ya­ra­dıl­ma ide­ya­sı təd­bir iş­ti­rak­çı­la­rı tə­rə­fin­dən irə­li sü­rü­lən bu təş­ki­la­tın "Pol­şa­da­kı Azər­bay­can­lı Gənc­lər Şu­ra­sı" adı al­tın­da fəa­liy­yət gös­tər­mə­si qə­ra­ra alı­nıb.


Şu­ra­ya Pol­şa­da ge­niş di­as­por fəa­liy­yə­ti ilə məş­ğul olan gənc azər­bay­can­lı tə­lə­bə Na­il Əh­məd sədr se­çi­lib. Rə­sul Mam­ma­dov və Nə­sib İb­ra­hi­mov müa­vin se­çi­lib­lər.

Ye­ni ya­ran­mış Gənc­lər Şu­ra­sı­nın Di­as­por­la İş Üz­rə Döv­lət Ko­mi­tə­si ilə, elə­cə də Azər­bay­ca­nın Pol­şa­da­kı sə­fir­li­yi ilə 

sıx əmək­daş­lıq edə­cə­yi vur­ğu­la­nıb.


Na­il Əh­mə­din söz­lə­ri­nə gö­rə, "Pol­şa­da­kı Azər­bay­can­lı Gənc­lər Şu­ra­sı" təş­ki­lat ola­raq qar­şı­ya 5 hə­dəf qo­yub. Pol­şa­da­kı Azər­bay­can di­as­po­ra­sı­nın in­ki­şa­fı­na dəs­tək ol­maq; Pol­şa­da Azər­bay­can mu­si­qi­si­ni, mə­də­niy­yə­ti­ni və mil­li adət-ənən­lə­ri­ni təb­liğ et­mək; Pol­şa­da ya­şa­yan azər­bay­can­lı gənc­lə­ri va­hid mər­kəz al­tın­da bir­ləş­dir­mək; Azər­bay­can­lı tə­lə­bə­lə­rin Pol­şa ic­ti­ma­iy­yə­ti­nə in­teq­ra­si­ya­sı­nı sü­rət­lən­dir­mək üçün ödə­niş­siz pol­yak di­li kurs­la­rı­nı təş­kil et­mək; Pol­şa­da ya­şa­yan azər­bay­can­lı tə­lə­bə­lə­rə mü­vəq­qə­ti ya­şa­yış kar­tı­nın əl­də edil­mə­si üçün hü­qu­qi yar­dım et­mək.


Qeyd edək ki, təş­ki­lat ilk bö­yük təd­bi­ri­ni fev­ra­lın 26-da Xo­ca­lı soy­qı­rı­mı­nın 24-cü il­dö­nü­mü gü­nün­də "Er­mə­ni ya­la­nı­na işıq sal" ad­lı sər­gi təş­kil et­mək­lə ke­çi­rib. Hə­min gün təş­ki­lat üzv­lə­ri şə­hər sa­kin­lə­ri­nə Xo­ca­lı soy­qı­rı­mı haq­qın­da ge­niş mə­lu­mat ver­mək üçün fa­ciə­ni əks et­di­rən buk­let­lər pay­la­yıb­lar.


Pol­şa­da fə­al­lı­ğı ilə se­çi­lən di­as­por qu­rum­la­rın­dan bi­ri də "Ka­to­vi­çe Azər­bay­can­lı­lar Bir­li­yi"dir. Bir­li­yin rəh­bə­ri Tu­ral Ək­bər­za­də­nin söz­lə­ri­nə gö­rə, Ka­to­vi­çe şə­hə­rin­də azər­bay­can­lı­la­rın ki­fa­yət qə­dər ol­du­ğu­nu gö­rüb, təş­ki­lat ya­rat­maq qə­ra­rı­na gə­lib: "İki dos­tum­la bir­lik­də təş­ki­la­çı­lıq işi­nə baş­la­dıq və bun­dan son­ra da "Pol­şa­da Azər­bay­can­lı Gənc­lər Şu­ra­sı" (PAGŞ) ilə əla­qə sax­la­dıq. La­zı­mi dəs­tə­yi gös­tər­di­lər və "Ka­to­vi­çe Azər­bay­can­lı­lar Bir­li­yi" "PAGŞ" nəz­din­də öz fəa­liy­yə­ti­nə baş­la­dı".


"Ka­to­vi­çe Azər­bay­can­lı­lar Bir­li­yi"nin gör­dü­yü iş­lə­rə gə­lin­cə, təş­ki­lat səd­ri "di­as­por­news.az"a bil­di­rib ki, Azər­bay­ca­nın və bü­tün türk dün­ya­sı­nın bay­ra­mı olan Nov­ruz bay­ra­mı za­ma­nı təd­bir təş­kil edə­rək, uni­ver­si­tet­də təh­sil alan müx­tə­lif mil­lət­lə­rin nü­ma­yən­də­lə­ri­nə və­tə­ni­mi­zin mət­bə­xi­ni, ta­ri­xi­ni və mə­də­niy­yə­ti­ni nü­ma­yiş et­di­rib­lər. İkin­ci təd­bir isə Azər­bay­ca­nın Res­pub­li­ka gü­nü­nün 100 il­li­yi ilə bağ­lı təd­bir olub və hə­min təd­bir­də sə­fir Hə­sən Hə­sə­nov da qo­naq ola­raq, öz dəs­tə­yi­ni gös­tə­rib.

"Ka­to­vi­çe Azər­bay­can­lı­lar Bir­li­yi"nin gə­lə­cək plan­la­rı nə­lər­dir? sua­lı­nı ca­vab­lan­dı­ran T.Ək­bər­za­də de­yib ki, gə­lə­cək plan­la­rı təş­ki­la­tı da­ha da ge­niş­lən­di­rib bü­tün böl­gə­yə yay­maq­dır. "Ən əsa­sı təd­bir­lə­ri da­ha pe­şə­kar şə­kil­də ke­çir­dib və­tə­ni­mi­zin gö­zəl­lik­lə­ri­ni Pol­şa ic­ti­ma­iy­yə­ti­nə və bu­ra­da ya­şa­yan di­gər öl­kə və­tən­daş­la­rı­na ta­nıt­maq­dır".

Ək­bər­za­də­nin söz­lə­ri­nə gö­rə, ümu­miy­yət­lə, Pol­şa­da Azər­bay­can di­as­po­ru son il­lər ər­zin­də in­ki­şaf mər­hə­lə­si­nə qə­dəm qo­yub: "Hal-ha­zır­da müx­tə­lif di­as­por təş­ki­lat­la­rı möv­cud­dur və hər bi­ri­miz bir­lik­də hə­rə­kət edə­rək öl­kə­mi­zi ta­nıt­ma­ğa ça­lı­şı­rıq və ça­lış­ma­lı­yıq".


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND