Qızılın qiymətində KƏSKİN artım gözlənilir

Son vaxtlar qızılın dünya bazarında qiymətinin artımı müşahidə edilir. Bu, Azərbaycan qızıl bazarına da təsirsiz ötüşməyib.
Bəs bu bahalaşmanın səbəbləri nədir və bundan sonra qızılın qiymətində artım müşahidə ediləcək?
Ekspress.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qızılın qiymətinin artması dünya bazarında ona olan tələbatın artımı ilə əlaqədardır:
“2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində qızılın qiymətində artımın olacağını proqnozlaşdırmışdıq. Bundan başqa, Çin və ABŞ arasındakı ticarət müharibəsi birbaşa qlobal iqtisadi artım tempinin azalmasına gətirib çıxarıb. Bu azalma fonunda investor portfellərini şaxələndirirlər ki, bu da bazarda qızılın qiymətinin artmasına səbəb olub”.
Onun sözlərinə görə, son bir ildə dünya bazarında qızılın qiyməti təxminən 10 faiz artıb.
“Bu, son illərin kifayət qədər yüksək artımı kimi qiymətləndirilir. Artım bu tempdə davam edir. Altı aylıq və bir aylıq yekunlarda da qızıl faktiki olaraq, mövqelərini möhkəmləndirib. Ticarət müharibəsi davam etdikcə, növbəti aylarda da qızılın qiymətində artım olacaq. 2019-cu ildə dünya bazarında qızılın qiymətində ikirəqəmli artımın olacağı proqnozlaşdırılır. Bu da faiz baxımından ən yüksək artım kimi qiymətləndirilir”, - iqtisadçı əlavə edib...
O qeyd edib ki, qızılın dünya bazarında qiymətinin artması Azərbaycan istehlak bazarına da təsir edib:
“Azərbaycan qızıla olan tələbatının 95 faizini əsasən, dörd ölkədən edilən idxal hesabına ödəyir. Bunlar Səudiyyə Ərəbistanı, İtaliya, Rusiya və Türkiyədir. Son monitorinqlər göstərir ki, ölkədə son altı ayda qızılın qiymətində yeddi faizə yaxın artım qeydə alınıb. Növbəti dövrdə də Azərbaycanda qızılın qiymətinin artacağı proqnozlaşdırılır.
Nəzərə alsaq ki, sentyabrdan Məhərrəm ayı başlayır. Sentyabr və oktyabr aylarında qızılın qiymətində stabilləşmə olacaq. Noyabr ayından etibarən qızılın qiymətində yenidən artımların olacağı proqnozlaşdırılır. Bu artım təxminən səkkiz faiz olacaq”. (oxu)
Ekspress.az
-
-
21.10 14:21
Azərbaycanda qızıl BAHALAŞACAQ
-
21.10 13:01
Azərbaycanda hotellərin gəlirləri artıb
-
21.10 11:15
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir
-
18.10 19:32
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır
-
16.10 09:00
Azərbaycan nefti ucuzlaşdı
-
12.10 12:21
12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - MONİTORİNQ
-
10.10 09:10
Qızılın qiyməti kəskin düşə bilər
-
09.10 09:07
Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib
-
08.10 18:13
Rusiya və Türkiyə dollardan İMTİNA ETDİ
-
08.10 17:32
Oktyabrın 9-na MANATIN MƏZƏNNƏSİ
-
08.10 10:20
17 min manat qorunmayan əmanətlərin qaytarılmasına başlanılır
-
07.10 22:00
Fazil Məmmədovun bankı iflasa uğradı: Yüksək vəzifəli şəxslərə görə...
-
07.10 09:10
Azərbaycan nefti cüzi ucuzlaşdı
-
03.10 16:00
İpoteka kreditlərinin sayı 27 minə çatıb
-
03.10 15:33
"Bazarların monitorinq edilməsinə ehtiyac var" - QİYMƏT ARTIMI
-
02.10 17:51
Oktyabrın 3-nə manat və dolların məzənnəsi
-
02.10 09:25
Yeni fond yaradıldı - Baş nazirdən qərar
-
01.10 18:30
Oktyabrın 2-nə MANATIN MƏZƏNNƏSİ
-
30.09 14:46
Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb
-
30.09 09:55
Maliyyə Nazirliyi 189 min manatlıq məsləhət xidməti alır
-
-