Bakı metrosunda həyəcan - Qatar boşaldıldı

08.10.2018 15:00
130
Bakı metrosunda həyəcan - Qatar boşaldıldı

Bu gün səhər saatlarında yenə də Bakı metrosunda problem yaranıb. Ekspress.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yazılıb.


Bildirilir ki, metronun "20 yanvar” stansiyasında qatar tuneldə qalıb. Daha sonra isə qatar platformaya çatanda sərnişinlər düşürülüblər.


Sərnişinlər arasında çaşqınlıq yaşanıb. Hətta qorxduğu üçün halı pislşənlər də olub.


Məsələ ilə yanaşı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, qatarda nasazlıq yaranıb. "Saat 10:46-da "Elmlər Akademiyası” stansiyasında maşinist qatarda texniki nasazliq aşkar edib. Sərnişinlır "Elmlər Akademiyası” stansiyasında düşürülüb və qatar sərnişinsiz gedib. Həmin qatarın ardınca isə sınaq qatarı xəttə buraxılıb. Sınaq qatarı təmirin ən son mərhələsində xətdə yoxlamaq üçün verildiyindən, sərnişinsiz hərəkət edib”, - deyə B.Məmmədov bildirib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND