Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq

07.06.2019 14:19
33
Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq

“Azərbaycan Gürcüstanın strateji qaz tədarükçüsü olaraq qalacaq”.


Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava parlamentin İqtisadi siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, Gürcüstanda Rusiyanın “Qazprom” şirkətinin dominantlıq edəcəyi barədə heç bir söhbət ola bilməz:


“Bizim strateji istehlak seqmentinin Azərbaycan qazı hesabına təmin olunması ilə bağlı etibarlı zəmanətimiz var”.


N.Turnava bildirib ki, Gürcüstanın builki qaz balansına əsasən, 2 mlrd. 500 mln. kubmetr qazın istehlak olunacağı gözlənilir:


“Bu həcmin 95 faizi Azərbaycan qazının payına düşür. Azərbaycan təbii qaz tədarükündə bizim strateji tərəfdaşımız olaraq qalır. Gürcüstan Azərbaycandan iki mənbədən qaz əldə edir (report). Gürcüstan tranzit ölkə kimi öz kvotasını və SOCAR-ın tədarük etdiyi qazı alır. SOCAR-dan alınan qazla əhali və istilik elektrik stansiyaları təmin olunur”. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND