Ermənistanın ən böyük şirkətlərindən birinin direktoru saxlanılıb


05.04.2019 10:32
197
Ermənistanın ən böyük şirkətlərindən birinin direktoru saxlanılıb

Ermənistanın hüquq-mühafizə orqanları “Spayka” yükdaşıma şirkətinin direktoru David Kazaryanı saxlayıb.


Ekspress.az xəbər verir ki, bunu ölkənin Dövlət Gəlirləri üzrə Komitəsinin sədri David Ananyan da təsdiqləyib.


Onun sözlərinə görə, Dövlət Gəlirləri üzrə Komitənin İstintaq İdarəsi şirkətdə yoxlama aparır.

Qeyd edək ki, “Spayka” Ermənistanın ən böyük şirkətlərindəndir. Son bir ildə “Spayka”da müxtəlif istiqamətdə yoxlama aparılır (report). Müəssisə vergidən yayınmaqda və bir sıra qanunsuz işlər görməkdə şübhəıli bilinir. 2019-ci ilin yayında “Spakya”da Dövlət Gəlirləri üzrə Komitə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarənin əməkdaşları yoxlama aparmışdı.


Ekspress.az