• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Kürdəmirdə televizor partladı - 5 nəfər yandı

22.04.2019 16:38
85
Kürdəmirdə televizor partladı - 5 nəfər yandı

Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.


Ekspress.az xəbər verir ki, Eminov Elman Səfa oğluna məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü - İmişli rayon sakinləri - 1988-ci il təvəllüdlü Əsədov Anar Binyət oğlu, 1985-ci il təvəllüdlü Hüseynova Qəndab Adışirin qızı, 2011-ci il təvəllüdlü Əsədova İlahə Anar qızı, 2015-ci il təvəllüdlü Əsədova Günay Anar qızı, 2017-ci il təvəllüdlü Əsədov Binyət Anar oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar (report).


Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND