Nüvə razılaşması ilə bağlı qərarımız doğrudur - Ruhani


26.08.2019 11:55
50
Nüvə razılaşması ilə bağlı qərarımız doğrudur - Ruhani

İranın nüvə razılaşması öhdəliklərini ixtisar etməsi və müqavilənin digər iştirakçılarına öz vədlərinin icrasına iki aylıq müddət verməsi problemin diplomatik yolla həllinə imkan yaradır.


Ekspress.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.


“Biz bunu niyə etdik? Məqsəd diplomatiyaya, siyasi proseslərə və danışıqlara zəmin yaratmaqdır”, - o bildirib.


Ruhani İranın nüvə razılaşması çərçivəsində öhdəliklərinin ixtisarını başlatması barədə qərarının doğru olduğunu deyib. (axar)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND