"Rəsmi Türkiyəni anlamaqda çətinlik çəkirəm" - Fazil Mustafa

13.03.2019 19:30
74
"Rəsmi Türkiyəni anlamaqda çətinlik çəkirəm" - Fazil Mustafa

"Mən hərdən qardaşımız, canımız rəsmi Türkiyəni anlamaqda çətinlik çəkirəm".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.


Onun sözlərinə görə, Fələstin məsələsinə aşırı həssaslıq göstərərək İsrail baş nazirini uşaq qatilliyində ittiham edirlər.


"Əlbəttə, bu Türkiyənin rəsmi yanaşmasıdır və bunun doğrusunu, yanlışını təhlil etməyi doğru saymıram. Lakin Gürcüstanın prezidenti gedib Ermənistanda saxta soyqırım anıtına gül qoyur, əvəzində layiqli təpki görə bilmirəm. Gürcü qadının bu səviyyəsiz hərəkəti bizi də incidir, ancaq unutmayaq ki, saxta soyqırım ittihamını ermənilər birbaşa Türkiyəyə yönəldirlərsə, rəsmi cavabı da birbaşa Türkiyədən almalıdırlar. Bu qadına etdiyi bu küstah davranışın yarada biləcəyi ciddi nəticələri xatırladacaq kimsə yoxmu? Türkiyənin əlində bu cür davranış sərgiləyən dövlət rəhbərlərini ağıllandıracaq heç bir vasitəmi yoxdur?", - deyə Fazil Mustafa bildirib.


AQİL

  • SON XƏBƏR
  • TREND