Ərdoğan Tsiprasla görüşdü

06.02.2019 00:38
76
Ərdoğan  Tsiprasla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 5-də Türkiyəyə səfər edən Yunanıstan baş naziri Aleksis Tsiprası qəbul edib. Ekspress.az-ın "Milliyet"ə istinadən verdiyi xəbərə görə, tərəflər bağlı qapı arxasında görüşüblər.


Nümayəndə heyətləri arasında görüşdən sonra Ərdoğanla Tsipras mətbuata bəyanatla çıxış ediblər.


Baş nazir Tsipras və Yunanıstan nümayəndə heyətini Türkiyədə görməkdən məmnun olduğunu deyən Prezident Ərdoğan, Yunanıstanın Baş nazirinə "paytaxtımıza, ölkəmizə xoş gəlmisiniz" söyləyib.


2017-ci ilin sonunda Yunanıstana uğurlu səfər etdiyini və bir neçə dəfə Tsipras ilə görüşmək imkanına sahib olduğunu xatırladan Ərdoğan iki ölkə arasındakı mövcud əlaqələri, beynəlxalq və regional problemləri müzakirə etdiklərini bildirib.


Kipr mövzusunun da əsas müzakirə olunan məsələlər arasında yer aldığını deyən Türkiyənin Prezidentiin sözlərinə görə, tərəflər yeni bir müzakirə prosesinə başlamazdan ortaq bir vizyon, yol xəritəsi təyin etməlidir. "Nəyin necə müzakirə ediləcəyi, əvvəldən dəqiq olmalıdır.


Ərdoğan iki ölkə arasındakı əlaqələrdə qeyri-müntəzəm miqrasiya ilə mübarizənin digər əhəmiyyətli bir xüsus olduğunu vurğulayıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND