Sosial şəbəkələrdə uşaqlara "like" qoymaq qadağan olunacaq

18.04.2019 11:08
336
Sosial şəbəkələrdə uşaqlara "like" qoymaq qadağan olunacaq


Böyük Britaniyada sosial şəbəkələrdə uşaqların qorunması ilə bağlı hazırlanan qaydalar çərçivəsində 18 yaşdan aşağı olan uşaqlar və yeniyetmələr “Facebook” və “Instagram”da bəyənmə (“Like”) imkanından məhrum olacaqlar.


Böyük Britaniyanın İnformasiya Komissarlığı İdarəsinin (ICO) verdiyi məlumata görə, idarə tərəfindən hazırlanan yeni məcəllə sosial şəbəkələrdə yeniyetmələr üzərində nəzarətin güclənməsinə yönəlib.


Cəmiyyətdə artan narahatlığı nəzərə alaraq ICO texnoloji şirkətlər üçün uşaqların məxfilik qaydalarını tənzimləyən yeni standartların siyahısını hazırlamağını tapşırıb.

Sosial şəbəkələr bir sıra tələblərə riayət etməli olacaqlar.

Onlar uşaqların internetdə daha çox vaxt keçirməsinə mane olmalı, uşaqların şəxsi məlumatlarının toplanmasını və saxlanmasını minimuma endirilməli olacaqlar (ona.az). Eləcə də, şirkətlər bu məlumatları bölüşmək və xüsusilə kommersiya məqsədləri üçün istifadə etmək hüququna malik olmayacaq və gənc istifadəçilərin hərəkətlərini izləyə bilməyəcəklər.


Sosial şəbəkə saytların iki versiyası olmalıdır: böyüklər və uşaqlar üçün. Texnoloji şirkətlər yetkinlik yaşına çatmayanları böyüklərdən fərqləndirə bilmədiyi təqdirdə onlar bütün istifadəçilərə eyni dərəcədə təhlükəsizlik və məxfilik vermək məcburiyyətində qalacaqlar.


Qaydalar yalnız Britaniya şirkətlərinə deyil, ölkədə fəaliyyət göstərən xarici şirkətləri də əhatə edəcək. Qaydalara riayət etməyən şirkətlər illik dövriyyələrinin 4%-dək cərimələnəcəklər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND