Azərbaycanda iki uşaq dərmandan zəhərləndi


03.06.2019 10:36
44
Azərbaycanda iki uşaq dərmandan zəhərləndi

Yevlaxda bir ailənin iki azyaşlı uşağı dərmandan zəhərlənib.


 Ekspress.az xəbər verir ki, Yevlax şəhərində iki azyaşlı halsız vəziyyətdə xəstəxanaya çatdırılıb. İlkin müayinələr zamanı onların dərmandan zəhərləndiyi məlum olub. 


Yaxınlarının bildirdiyinə görə, uşaqlar ehtiyatsızlıqdan evdə olan "Valerian” preparatını içiblər (ONA). 


Tibbi müdaxilədən sonra uşaqların həyatına təhlükə sovuşub. Durumu stabilləşən uşaqlar bir müddət sonra ambulator müalicə üçün evə buraxılıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND