• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 16 °C Naxçıvan

"Mançester Siti" liderliyi ələ aldı

07.02.2019 01:46
124
"Mançester Siti" liderliyi ələ aldı

İngiltərə Premyer Liqasında "Everton" evdə "Mançester Siti"ni qonaq edib.


Ekspress.az xəbər verir ki, matç şəhərlilərin qələbəsi ilə başa çatıb.


"Mançester Siti"nin ilk qolunu qarşılaşmanın 1-ci hissəsinin sonlarında A.Laporte vurub. 90+8-ci dəqiqədə isə Qabriel Jesus şəhərlilərin 2-ci qolunu vurub.


"Everton" - Mançester Siti" - 0-2


Qeyd edək ki, bu nəticə ilə "Mançester Siti" xalını 62-yə çatdıraraq turnir cədvəlində top fərqinə görə 1-ci sıraya yüksəlib. Eyni xala malik olan "Liverpul" isə 2-ci pilləyə yuvarlanıb. Lakin "Liverpul" şəhərlilərdən bir oyun az keçirib.

"Everton" isə 33 xalla 9-cu pillədə qərarlaşıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND