İngiltərəni də üsyan bürüdü - "sarı jiletlilər" parlamentə hücum etdi

05.01.2019 20:37
211
İngiltərəni də üsyan bürüdü - "sarı jiletlilər" parlamentə hücum etdi

Avropanın daha bir ölkəsində “sarı jiletlilər” üsyana qalxıb.


Ekspress.az xarici KİV-lərə istinadla xəbər verir ki, İngiltərədə “sarı jiletlilər” parlament binasına hücum edib. Təxminən 100 nəfərdən ibarət etirazçı qrup parlament binasına daxil olmağa çalışsa da, İngiltərə polisi onları dayandırıb.

 

İngiltərə polisi 13 yaşlı qız uşağı da daxil olmaqla, ümumilikdə 4 nəfərin saxlanıldığını açıqlayıb.

 

Qeyd edək ki, Fransada benzinin bahalaşmasına qarşı başlayan “Sarı jiletlilər” aksiyası bir sıra Avropa ölkələrinə də yayılıb.


  • SON XƏBƏR
  • TREND