Paşinyan səfərini yarımçıq qoydu: Təcili İrəvana dönür


29.05.2019 14:07
164
Paşinyan səfərini yarımçıq qoydu: Təcili İrəvana dönür

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan paytaxtı Nur-Sultana səfər qrafikində dəyişiklik edib.


Ekspress.az xəbər verir ki, bu məlumatı “Factor.am” saytı yayıb. Paşinyanın bununla əlaqədar Nur-Sultanda dövlət başçılarının şərəfinə verilən şam yeməyində iştirak etməyəcəyi, eləcə də Qazaxıstandakı erməni biznesmenlərlə görüşməyəcəyi bildirilib.


Avrasiya İqtisadi Komissiyasının Kollegiya rəhbəri Tiqran Sərkisyanla görüşdən sonra onun yalnız bəyanatla çıxış edəcəyi və jurnalistlərin suallarını cavablandırmayacağı vurğulanıb (axar.az). Görüşdən dərhal sonra Paşinyanın Ermənistana geri dönəcəyi bildirilib.

Hələlik Paşinyanın niyə belə dəyişiklik etdiyi açıqlanmayıb.


Ekspress.az

Açar sözlər: