Kibertəhlükəsizlik ekspertləri Bakıda toplantı keçirib - ilk dəfə

13.04.2019 18:59
295
Kibertəhlükəsizlik ekspertləri Bakıda toplantı keçirib - ilk dəfə

Azərbaycanda ilk dəfə müxtəlif sahələrdə kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən 40-dan çox ekspertin birgə toplantısı keçirilib.


"Cybero" Kibertəhlükəsizlik Mərkəzindən bildirilib ki, mərkəz tərəfindən təşkil olunmuş görüşdə "Cybero"nun Türkiyədəki tərəfdaşı “BGA” şirkətinin rəhbəri Hüzeyfe Onal və "Red Team" lideri Halil Dalabazmaz da iştirak edib. Görüş "Red Team" və pentesting üçün OSINT, məlumat toplama və analiz metodları, o cümlədən ofis sənədlərinə ineksiya edilmiş zərərvericilər barədə təqdimatlara həsr edilib, müzakirələr aparılıb.


Ölkədə kibertəhlükəsizliyin vəziyyətinin qiymətləndirilməsi, problemlərin və onların həlli yollarının, fikir və layihələrin müzakirəsi, o cümlədən sahənin ölkəmizdə daha da inkişaf etdirilməsinə dəstək olmaq məqsədilə "Cybero" Kibertəhlükəsizlik Mərkəzi Azərbaycanda kibertəhlükəsizlik ekspertlərinin birliyini ifadə edən belə görüşlərin keçirilməsinə daim dəstəyini göstərəcək. "Cybero" belə görüşlərdə iştirak etmək istəyən və sahə üzrə çalışan bütün mütəxəssisləri "Cybero - Cyber Security Community" “facebook” qrupuna qoşulmağa dəvət edir.


Ekspress.az