• 19 °C Bakı
  • 12 °C Quba
  • 17 °C Gəncə
  • 14 °C Yevlax
  • 12 °C Naxçıvan

Maaşdan 7 il vergi tutulmayacaq

30.11.2018 13:07
272
Maaşdan 7 il vergi tutulmayacaq


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə olunaraq təsdiqlənib.


Ekspress.az “Report”a istinadən xəbər verir ki, dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək olduqda 0 səviyyəsində, əməkhaqqı 8 000 manatdan çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.


Ekspress.az



Açar sözlər:
  • SON XƏBƏR
  • TREND