3-cü sinif şagirdi məktəbdə intihar etmək istədi

11.10.2018 12:04
88
3-cü sinif şagirdi məktəbdə intihar etmək istədi

Oktyabrın 10-da səhər saatlarında 302 nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib. Məktəbdən “Qafqazinfo”ya daxil olan məlumata görə, şagird (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib.


Müəyyən olunub ki, sözügedən şagirdin ötən tədris ilindən dərsə davamiyyəti yaxşı deyil.


O, dini təriqətli valideynlərinin təsiri altındadır: “Şagirdin qardaşı da bu məktəbdə 2-ci sinifdə təhsil alır. Hər iki şagirdlə bağlı babaları rəhbərliyə müraciət edərək oğlunun dini təriqətə qoşulduğunu deyib və uşaqların təhsildən yayındığını bildirərək məktəbdən kömək istəyib".


Məlumata görə, məktəb rəhbərliyi bununla bağlı şagirdlərin evində olub, valideynlərlə söhbət aparıb, müvafiq tövsiyələr verib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub.  


"Yeni dərs ilindən şagirdlərin dərsə davamiyyəti düzəlsə də, tez-tez dərsdən qaçmağa və digər neqativ addımlar atmağa cəhd edirlər”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND