Erməni silahlı bölmələri Azərbaycanın sərhəd döyüş məntəqələrini atəşə tutub


30.04.2019 18:55
242
Erməni silahlı bölmələri Azərbaycanın sərhəd döyüş məntəqələrini atəşə tutub

Aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.


DSX-nin Mətbuat mərkəzindən Ekspress.az -a verilən məlumata görə, bölmələrimizin atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.


Ekspress.az