Faiq Hüsiyev də vəzifəsindən azad olundu - AzTV-də qalmaqal

AzTV-nin sədr əvəzi Rövşən Məmmədli kanalda keçmiş sədr Arif Alışanovun dövründən qalma kadrları işdən çıxarmağa davam edir.
Yeni rəhbər bu dəfə tanınmış jurnalist, AzTV-nin informasiya proqramları departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb.
Buna baxmayaraq, sədr qərarından geri addım atmayıb və F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib.
Ekspress.az "bakupost"a istinadla xəbər verir ki, yaranan qalmaqalın daha da böyüməsini istəməyən sədr R.Məmmədli F.Hüsiyevi AzTV-nin TV və Radio Akademiyasına rektor təyin edib.
Qeyd edək ki, F.Hüsiyev bu təyinata qədər həmin akademiyada rektorun səlahiyyətlərini icra edib.
Məsələ ilə bağlı F.Hüsiyev sədrlə arasında qalmaqal yaşandığını təkzib etsə də, baş direktor vəzifəsindən azad edildiyini təsdiqləyib:"Mən öz ərizəmlə informasiya proqramları departamentindəki vəzifəmdən ayrılmışam. Ardınca da TV və Radio Akademiyasının rektoru təyin edilmişəm. Sədr Rövşən Məmmədli münasibətlərimiz çox yaxşıdır, heç bir narazılıqdan söhbət gedə bilməz. Akademiyanın işini böyüdürük. Ona görə də mən öz istəyimlə bura gəlmişəm”.
Xatırladaq ki, F.Hüsiyev AZTV-də ən təcrübəli və tanınmış jurnalistlərdən hesab olunur. O, 1993-1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd” mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997-1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika” redaksiyasında redaktor vəzifəsində, 1998-2005-ci illərdə "Beynəlxalq proqramlar” redaksiyasında böyük redaktor vəzifəsində çalışıb.
2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları” departamentinin rəisi vəzifəsində işləyib. 2007-2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv. İnformasiya proqramları” studiyasının direktoru olub.
2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.
-
-
22.10 09:58
Baş Nazirin birinci müavininin köməkçisi vəfat edib
-
21.10 17:20
Tünzalə, Röya və Mir Yusifə “Xalq artisti” fəxri adı verilib
-
21.10 16:35
Ağırçəkili 1 nəfər mənzildən çıxarılıb
-
21.10 15:31
Gəncədə hündürmərtəbəli binada yanğın
-
21.10 15:10
Prezident bu şəxsləri təltif etdi
-
21.10 14:17
İntihar edən gəncin məktubu tapıldı - "Bağışla məni ana..." – FOTO/VİDEO
-
21.10 14:06
Sabah 26 dərəcə İSTİ OLACAQ
-
21.10 13:50
Bakıda prokurorluq əməkdaşı AVTOMOBİLDƏ KEÇİNDİ (Foto)
-
21.10 13:12
Bakının bu ərazisi “it qorxusu” ilə yaşayır - Foto
-
21.10 12:45
Teymur Mustafayevə AĞIR İTKİ
-
21.10 12:12
“Papa Cinema”da dostu onu sevgilisinə görə bıçaqlayıb! - ŞOK AÇIQLAMA
-
21.10 10:35
Maqnit qasırğası olacaq
-
21.10 09:35
8 bina sökülür - Köçürülmə başlanılıb
-
21.10 09:05
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
-
19.10 13:10
Bakı metrosunun bu stansiyaları bağlanır - Rəsmi
-
19.10 12:22
Prezident açıqladı: 4 minə yaxın köçkün ailəsi...
-
19.10 11:40
Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü
-
19.10 11:32
Enerji içkilərinin bu şəxslərə satışı qadağan olunur
-
19.10 11:18
İlham Əliyev 2 sərəncam imzaladı
-
19.10 10:13
Rusiyada bənd uçdu: 12 ölü, 19 yaralı
-
-