Gürcüstanda daxili işlər nazirinin istefası tələb olunur


21.06.2019 20:08
219
Gürcüstanda daxili işlər nazirinin istefası tələb olunur

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası yenidən başlayıb.


Ekspress.az xəbər verir ki, iştirakçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.


Etirazçılar bu tələbin yerinə yetirilməsi üçün üç saat vaxt veriblər.


Paytaxtın Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb (report). Parlament yaxınlığına çox sayda polis cəlb olunub.


Ekspress.az

Açar sözlər: