Messi cərimə zərbəsindən qol vuran zaman hakimi aldadıb

02.05.2019 21:29
458
Messi cərimə zərbəsindən qol vuran zaman hakimi aldadıb

İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin Çempionlar Liqasının ilk yarımfinalında evdə İngiltərə "Liverpul"u ilə görüşdə hakimi aldatdığı bəlli olub.


Ekspress.az xəbər verir ki, 32 yaşlı hücumçunun matçın sonlarında vurduğu qol qaydalar çərçivəsində yerinə yetirilməyib.


81-ci dəqiqədə argentinalı oyunçuya qarşı kobudluq edilib (report). Messi cərimə zərbəsini yerinə yetirərkən qapıya qədər olan məsafəni bir neçə metr azaldıb.


Qeyd edək ki, görüş "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu mayın 7-də olacaq.


Ekspress.az

Açar sözlər: