19 yaşlı gənc dənizdə batdı - İki gün sonra meyiti tapıldı

22.07.2019 21:23
214
19 yaşlı gənc dənizdə batdı - İki gün sonra meyiti tapıldı

İki gün əvvəl Xəzər dənizində batan 19 yaşlı şəxsin meyiti tapılıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Ekspress.az -a verilən məlumata görə, iyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.


F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Ekspress.az

Açar sözlər: